Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Fransız yumorunun türk və ərəb subtitrlərində yenidən qurulması: müqayisəli təhlil

 

Fatma Türkmen1* Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным., Sezer Yılmaz2 Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Yumor insan ünsiyyətinin geniş yayılmış və çoxqatlı bir ölçüsünü təşkil edərək sosial qarşılıqlı əlaqəni asanlaşdıran, inandırıcı diskursu gücləndirən və mədəni incəlikləri görünən edən funksiyalar yerinə yetirir. Bununla belə, yumorun tərcüməsi, xüsusilə linqvistik və mədəni baxımdan bir-birindən uzaq kontekstlər arasında köçürmə söz konusu olduqda, çoxşaxəli çətinlik sahəsi yaradır. Məqalədə fransız yumorunun, xüsusilə Astérix et Obélix: Le Combat des Chefs (Asteriks və Obeliks: Rəislərin Döyüşü) əsərində ortaya çıxdığı biçimi ilə türk və ərəb dillərinə köçürülməsi zamanı meydana çıxan çətinliklər və imkanlar araşdırılır. Asteriks və Obeliks mini-serialının təhlil obyekti kimi seçilməsi təsadüfi deyildir; əsərin zəngin verbal, vizual və mədəni yumor toxuması müxtəlif tərcümə üsullarının effektivliyini qiymətləndirmək baxımından əlverişlidir. Yumorun tərcüməsi prosesi yalnız linqvistik ekvivalentliyin təmin edilməsini deyil, eyni zamanda hədəf auditoriyanın həssaslıqlarının, mədəni istinadların və komik elementin zamanlaması ilə təqdimatına xas xüsusiyyətlərin dərindən qavranılmasını tələb edir. Tədqiqatda sözügedən əsərin türk və ərəb dillərinə tərcümələri tənqidi baxış bucağından təhlil edilir; istifadə olunan üsullar, qarşılaşılan çətinliklər və linqvistik-mədəni fərqliliklərin yumorun uğurlu köçürülməsi təsirləri müzakirə olunur. Məqalədə mənbə mətndən və onun tərcümələrindən seçilmiş yumor elementləri ehtiva edən subtitrlər üç kateqoriya üzrə araşdırılır: yumor elementləri, söz oyunları və ümumi tərcümə strategiyaları. Yumor elementlərinin təsnifatı üçün Martínez-Sierranın yumor təsnifatı modelindən istifadə olunur. Subtitrlərin təhlilində söz oyunlarının tərcüməsi üçün Delabastitanın tərcümə strategiyaları əsas götürülür; mədəniyyətə xas və dilxarici elementlər, eləcə də ümumi yumor tərcüməsi köçürmə strategiyaları isə Jan Pedersenin taksonomiyası çərçivəsində araşdırılır. Xüsusilə subtitr tərcüməsi üçün hazırlanmış və dilxarici mədəniyyətə bağlı istinadların tərcüməsində tətbiq olunmaq üçün irəli sürülmüş Pedersen strategiyaları ədəbi əsərdə mövcud olan dilxarici elementlərin tərcüməsinə tətbiq edilmişdir.

 

Açar sözlər: yumor tərcüməsi, tərcüməşünaslıq, asteriks və obeliks, animasiya tərcüməsi, audiovizual tərcümə


Baxış: 5