https://doi.org/10.36719/2789-6919/43/106-109
Gülay Babazadə
Bakı Slavyan Universiteti
magistrant
https://orcid.org/0009-0002-6191-5557
babazadegu@gmail.com
Frazeoloji birləşmələrin növləri
Xülasə
Məqalədə Azərbaycan və ingilis dillərində frazeologizmlərin inkişaf mərhələləri, təsnifatı və onların tərcüməsi zamanı qarşıya çıxan əsas problemlərdən geniş şəkildə bəhs edilir. Əvvəlcə frazeologiya anlayışı haqqında ümumi məlumat verilir, onun dilçilikdəki rolu və əhəmiyyəti vurğulanır. Daha sonra frazeoloji ifadələrin quruluşu, semantik çalarları və dilə təsiri təhlil edilir. Müasir dövrdə dilin zənginləşməsində, üslubi ifadəliliyin və ünsiyyətin artırılmasında bu frazeoloji vahidlərin oynadığı mühüm rol vurğulanır. Xüsusilə, frazeoloji vahidlərin tərcüməsi zamanı yaranan problemlər, onların semantik ekvivalentliyinin qorunması, mədəni-üslubi çalarların qorunub saxlanması məsələlərindən ətraflı bəhs edilir. Bu prosesdə kontekstin nəzərə alınması, frazeoloji vahidlərin mənasının dəqiq çatdırılması və onların funksional yüklərinin qorunması xüsusi önəm daşıyır. Frazeoloji vahidlərin düzgün tərcümə olunmaması, mətndəki mənanın dəyişməsinə və yanlış anlaşılmalara səbəb ola bilər. Buna görə də, bu cür ifadələrin tərcüməsində həm dilin daxili xüsusiyyətləri, həm də mədəni faktorlar nəzərə alınmalıdır. Yekun olaraq müəyyən edilir ki, frazeoloji birləşmələr həm Azərbaycan, həm də ingilis dilində daha geniş istifadə olunmağa başlayır və onların düzgün tərcüməsi ünsiyyətin effektivliyini təmin etmək baxımından vacibdir.
Açar sözlər: frazeoloji birləşmələr, idiomlar, atalar sözləri, klişelər, yekun məqamlar