DOI: https://doi.org/10.36719/2789-6919/45/249-252
Elşən Sultanov
Azərbaycan Dövlət Dəniz Akademiyası
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-0002-7038
elshen_sultanov@mail.ru
Ruslan Əlicanov
Azərbaycan Dövlət Dəniz Akademiyası
doktorant
https://orcid.org/0009-0007-4117-2994
ralicanov@mail.ru
Gəmilərdə hidrogen energetikasından istifadə imkanlarının araşdırılması
Xülasə
Məqalədə hidrogen enerjisindən istifadə imkanları araşdırılır. Qlobal iqlim dəyişiklikləri və ətraf mühitin çirklənməsi enerji sektorunda əsaslı dəyişiklikləri zəruri edir. Dəniz nəqliyyatı da bu sahədə inkişafdan geri qalmır. Gəmiçilik şirkətləri və sahibləri gəmiqayırma zavodları tərəfindən tikilən gəmilərdə ekoloji cəhətdən təmiz olan yaşıl enerji mənbələrinin tətbiqi barədə həll yolları axtarmağa başlayırlar. Bu həll yollarından biri kimi hidrogen enerji texnologiyalarının tətbiqi ilə gəmiçilikdə ekoloji cəhətdən təmiz enerjinin alınması və ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır. Hidrogenin enerjisinin gəmilərdə tətbiqi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi baxımından zaman keçdikdə daha çox maraq doğurur.
Gəmilərdə həmin texnologiyanın tətbiqi yanacaq sərfini azaltmağa və karbon qazı emissiyasını azaltmağa imkan verəcəkdir. Həmçinin, məqalədə hidrogen enerjisinin hazırki vəziyyəti haqqında məlumatlar verilməklə yanaşı, onların gəmilərdə tətbiqindən və üstünlüklərindən də bəhs olunur.
Açar sözlər: gəmi, hidrogen enerjisi, energetika, generator, karbon emissiyası