DOI: https://doi.org/10.36719/2706-6185/61/135-142
Gənc nəslin formalaşmasında fiziki tərbiyənin əhəmiyyəti
Xəqani İsmayılov1* , Rəşid Məmmədov2
Xülasə. Məqalədə xüsusilə qeyd olunan cəhət orqanizmin sabitliyinin və möhkəmləndirilməsinin təmin edilməsi məqsədilə insanın tez-tez dəyişən xarici aləmlə fiziki tərbiyə sistemini üzvi şəkildə əlaqələndirməyin başlıca vasitəsi kimi elmi şəkildə əsaslandırılmışdır. Hərəki bacarıqların formalaşdırılması, yəni hərəki fəaliyyətin müxtəlif formalarının — səhər gimnastikası, mütəhərrik oyunlar və idman çalışmalarının imkanları, yeri və rolu xüsusi qeyd olunmuş və işıqlandırılmışdır. Diqqət çəkən məqamlardan pedaqoji və tibbi müşahidə materiallarının toplanması və sistemləşdirilməsi vacibliyidir. Deməli, müasir şəraitdə bədən tərbiyəsi dərsində yeniyetmələrin fiziki tərbiyəsi üzrə ümumi məqsədləri starteji təhsil vəzifələrinin şəklində yönəltmək lazımdır. Bir sözlə, belə bir qənaətə gəlmək olar ki, bədən tərbiyəsi və idmana verilən qiymət hər bir dövrdə hər bir dövləti maraqlandırmış, onun əsas müddəalarını təşkil etmişdir. Bədən tərbiyəsi ümumbəşəri mədəniyyətin tərkib hissəsidir. Onun başlıca məqsədi ümumilikdə əhalinin sağlamlığını qoruyub təkmilləşdirməkdir. Fiziki tərbiyə insanların vətənlərini müdafiə etməsində xüsusi rol oynayır. Fiziki tərbiyənin zehnin formalaşmasında, mənəvi keyfiyyətlərin təkmilləşdirilməsində, xoş əhval-ruhiyyənin yaradılmasında, yaddaş və psixoloji xüsusiyyətlərin inkişaf etdirilməsində də əhəmiyyəti böyükdür.
Açar sözlər: fiziki tərbiyə, hərəki bacarıq, idman, fiziki təlim, fiziki çalışmalar