Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/121/85-89

Günay Hadiyeva

Bakı Slavyan Universiteti

magistrant

https://orcid.org/0009-0000-2436-7286

gunaygadieva45@gmail.com

 

Gənclər arasında nitq mədəniyyəti və slenq istifadəsi:

sosiolinqvistik müşahidələr

 

Xülasə

 

Bu məqalədə müasir gənclər arasında nitq mədəniyyətinin mövcud durumu və slenq ifadələrinin geniş yayılmasının səbəbləri sosiolinqvistik aspektdən təhlil olunur. Araşdırmada gənclərin ünsiyyət tərzində slenq və jarqon ifadələrin artan istifadəsi, bu tendensiyanın sosial, psixoloji və mədəni əsasları üzərində dayanılır. Gənclərin özlərini fərqli sosial və yaş qruplarına mənsub olduqlarını göstərmək, fərdiyyətlərini ön plana çəkmək, rəsmi və normativ dil sisteminə qarşı müəyyən etiraz mövqeyi sərgiləmək kimi motivasiyalar bu prosesin əsas hərəkətverici amilləri kimi qiymətləndirilir. Məqalədə slenq istifadəsinin gündəlik ünsiyyətdəki funksional rolu da təhlil edilir. Belə ki, slenq ifadələri vasitəsilə gənclər informasiyanı daha sürətli və təsirli şəkildə ötürür, emosional təsiri artırır və qeyri-rəsmi mühitlərdə sosial yaxınlığı gücləndirirlər. Lakin bu prosesin ümumi nitq mədəniyyətinə olan təsiri təkcə müsbət deyil. Bu mənada, dilin norma və üslub baxımından aşınması, leksik müxtəlifliyin zəifləməsi, ünsiyyətin səviyyəsinin düşməsi və estetik dəyərlərin itib getməsi kimi mənfi nəticələrə də yol açması mümkündür.

Məqalə müasir gənclərin nitq vərdişlərini sosiolinqvistik baxımdan təhlil edir və dilin dinamik, dəyişkən təbiətinə işarə edərək slenq istifadəsinin cəmiyyətin ümumi kommunikasiya mədəniyyətinə təsirini obyektiv şəkildə qiymətləndirməyə çalışır.

Açar sözlər: müasir gənclər, slenq istifadəsi, nitq mədəniyyəti, sosiolinqvistik müşahidə, linqvistika


Baxış: 189