Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/46/167-171

Nihat Ləzimov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

https://orcid.org/0009-0000-2504-063X

nihatlezimov1996@mail.ru

 

Geosiyasi amillərin dəniz neft-qaz tikinti texnologiyalarının inkişafına təsiri

 

Xülasə

 

Geosiyasi amillər dəniz neft-qaz qurğularının tikintisi texnologiyalarının inkişafında mühüm rol oynayır. Ərazi mübahisələri və siyasi münaqişələrin olduğu zonalarda layihələr daha çox mobillikliyə, tez quraşdırmaya və təhlükəsizliyə yönəlir. Bu cür yanaşma platformaları sürətlə başqa zonaya köçürülmə və hər hansı siyasi və ya hərbi gərginlik zamanı risklərin azaldılması məqsədilə tətbiq olunur. Məsələn, Cənub Çin dənizində Çin və digər region ölkələri arasındakı mübahisələr nəticəsində modulyar, sürətlə yığıla bilən və hərəkət edilə bilən platformalar inkişaf etdirilir. Belə texnoloji həllər həm iqtisadi, həm də siyasi məqsədlərə xidmət edir. Sanksiyalar isə bir çox ölkələri, xüsusilə, İranda olduğu kimi xarici avadanlığa və proqram təminatına çıxışın məhdudlaşdırılması səbəbindən daxili texnoloji potensialı inkişaf etdirməyə sövq edir. Bu öz növbəsində yeni mühəndislik məktəblərinin və milli standartların yaranmasına gətirib çıxarır. Rusiyada da 2014-cü ildən sonra analoji tendensiyalar müşahidə olunur.

Digər tərəfdən, siyasi sabitliyin və regional əməkdaşlığın yüksək olduğu yerlərdə  məsələn, Şimal dənizində Norveç, Böyük Britaniya və Niderland arasında, texnologiyaların inteqrasiyası və standartlaşdırılması nəticəsində tikinti prosesləri daha təhlükəsiz və effektiv olur. Bu nümunələr göstərir ki, geosiyasi mühit texnoloji inkişafı həm məhdudlaşdırır, həm də təşviq edir. Gələcəkdə isə qlobal qeyri-sabitlik şəraitində dəniz neft-qaz tikintisi sahəsində robotlaşdırılmış, pilotsuz və enerji cəhətdən müstəqil qurğuların tətbiqi genişlənəcək. Bu, insan faktorunu minimuma endirəcək və obyektlərin dayanıqlığını artıracaq. Belə texnologiyalar həmçinin, sürətli reaksiya və çevik adaptasiyanı təmin edir, bu da müasir geosiyasi çağırışlara cavabdır.

Açar sözlər: geosiyasət, dəniz neft-qaz tikintisi, mobil platformalar, sanksiyalar, autonom texnologiyalar


Baxış: 43