https://doi.org/10.36719/2789-6919/42/22-27
Sima İsmayılova
Bakı Dövlət Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-9275-4269
simaismayilova375@gmail.com
Görkəmli şəxsiyyətlərə həsr edilmiş biblioqrafik mənbələrdə arxiv sənədlərinin əks olunması
Xülasə
Məqalədə arxiv sənədlərinin biblioqrafik informasiya mənbəyi kimi əhəmiyyəti şərh olunmuşdur. Arxiv sənədlərinin biblioqrafik təsvirini əks etdirən vəsaitlərin zəngin informasiya potensialına malik olması faktiki mənbələrə əsaslanaraq işıqlandırılmışdır. Arxiv sənədlərinin biblioqrafik göstəriciləri respublikamızda XX əsrin ortalarından etibarən tərtib edilməyə başlamışdır. Məqalədə arxiv materiallarını əks etdirən vəsaitlərin tərtibinin fərqli olması, həsr edildiyi şəxsin həyat və yaradıcılığının əsas cəhətlərinin hərtərəfli işıqlandırılması qarşıya məqsəd qoyulmuşdur. Zəngin informasiya mənbəyi kimi bu biblioqrafik vəsaitlər mütəxəssislərin elmi-tədqiqat fəaliyyətində istifadə üçün öz aktuallığını bütün dövrlərdə saxlamışdır. Görkəmli şəxsiyyətlərə həsr edilmiş arxiv sənədlərinin biblioqrafik vəsaitləri həmin şəxslərin şəxsi arxiv materiallarına əsaslanaraq tərtib edilməsi haqqında məlumat verilmişdir.
Açar sözlər: arxiv sənədləri, informasiya mənbəyi, biblioqrafik resurs, görkəmli şəxsiyyət