Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/122/26-33

Brilyant Cəfərli

AMEA Naxçıvan Bölməsi İncəsənət,

Dil və Ədəbiyyat İnstitutu

dissertant

https://orcid.org/0009-0008-4149-4293

brilliant1cefer@yahoo.com

 

Göylərə yüksələn harmoniya:

Möminə Xatun məqbərəsində məkan ilə simvolizmin vəhdəti

 

Xülasə

 

Məqalə XII əsr Naxçıvan memarlığının şah əsəri sayılan Möminə Xatun məqbərəsində məkan anlayışı ilə simvolizmin birləşməsinə həsr olunmuşdur. Göstərilir ki, Azərbaycan memarlığının dühası Əcəmi Əbubəkr oğlu Naxçıvani inşa etdiyi bu monumental abidə üzərində məkan ilə simvolizmin bütövlüyünü ən incə detalına qədər düşünərək tətbiq etmişdir. Möminə Xatun türbəsi yalnız bir memarlıq abidəsi deyil, həm də İslam dünyagörüşünün və türk-İslam sənətinin simvolik dili ilə qurulmuş mənəvi bir məkanıdır. Abidənin memarlığında məkan təşkilinin yalnız funksional deyil, həm də dərin rəmzi mənalar daşıdığı göstərilmişdir. Möminə Xatun məqbərəsi türk-İslam mədəniyyətində ölüm, əbədiyyət, Allahla qovuşma və zaman anlayışlarının simvolik təcəssümüdür. Məkanın strukturu, simvolizmi və dekorasiyası arasında dərin bir bütövlük və fikir vahidliyi mövcuddur. Məqalədə məkan quruluşunun, vertikal kompozisiyanın, epiqrafik yazıların memarlıq dili ilə birləşərək ilahi harmoniyanı əks etdirdiyi əsaslandırılmışdır. Simvolik ünsürlər olan memarlıq elementləri, onbucaqlı forma, kufi yazılar, həndəsi və nəbati ornamentlər dünya və axirət anlayışlarının memarlıq vasitəsilə ifadəsi kimi qiymətləndirilmişdir. Möminə Xatun məqbərəsi məkanla simvolizmin vəhdətinin parlaq nümunəsi kimi təqdim olunmuşdur. Bu vəhdət onu sadəcə türbə deyil, həm də rəmzi-mənəvi bir məkan kimi dəyərləndirməyə əsas vermişdir. Möminə Xatun məqbərəsi Azərbaycan memarlıq tarixində yalnız texniki və bədii baxımdan deyil, həm də fəlsəfi və metafizik mahiyyət baxımından seçilən abidələrdən biridir. Burada məkan və simvolizmin vəhdəti türk-İslam dünyagörüşünün arxitektura vasitəsilə ifadəsinin nadir nümunəsidir.

Açar sözlər: Əcəmi, memarlıq, abidə, məqbərə, məkan, simvolizm


Baxış: 256