DOI: https://doi.org/10.36719/2706-6185/53/52-57
Könül Niftəliyeva
Bakı Dövlət Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0003-3565-5421
kenul.nifteliyeva@gmail.com
Maral Nəcəfli
Bakı, Azərbaycan
https://orcid.org/0009-0004-1254-4969
maralnajafli1995@gmail.com
Gündəmin müəyyən edilməsi nəzəriyyəsi kontekstində vətəndaş jurnalistikası: Rəqəmsal iştirakın ictimai sfera üzərində təsiri
Xülasə
İnternetin geniş vüsət alması və Web 2.0 texnologiyalarının inkişafı fərdlərin aktiv informasiya istehsalçılarına çevrilməsinə səbəb olmuşdur. Bu dəyişiklik nəticəsində meydana gələn vətəndaş jurnalistikası ictimai sferada çoxsəsliliyin artmasına və alternativ perspektivlərin formalaşmasına mühüm töhfə vermişdir. Rəqəmsal platformaların yaratdığı imkanlar fərdi təşəbbüslərin güclənməsinə şərait yaratmış, beləliklə ənənəvi media orqanlarının informasiya axını üzərindəki inhisarını zəiflətmiş və ictimai debatların mövzu müxtəlifliyini genişləndirmişdir. Habermasın “ictimai sfera” anlayışı çərçivəsində vətəndaş jurnalistikası fərdlərin ictimai rəyin formalaşmasında iştirak imkanlarını artıraraq demokratik müzakirə mühitinin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bununla belə, rəqəmsal mühitin genişlənməsi kiberzorakılıq, dezinformasiya və sosial qütbləşmə kimi yeni riskləri də gündəmə gətirmişdir. Bu tədqiqatda vətəndaş jurnalistikasının ictimai gündəmin formalaşmasındakı rolu, rəqəmsal iştirakın ictimai sferaya təsiri və yeni media mühitində yaranan imkanlar sistemli şəkildə təhlil edilmişdir.
Açar sözlər: gündəmin müəyyən edilməsi nəzəriyyəsi, rəqəmsallaşma, ictimai sfera, vətəndaş jurnalistikası