DOI: https://doi.org/10.36719/2789-6919/45/211-215
Elşən Sərdarov
Azərbaycan Dövlət Aqrar Universiteti
magistrant
https://orcid.org/0009-0000-7267-1952
elsnsrdarov801@gmail.com
Günəbaxan odlucasının (homoesoma nebulella hb.) bəzi biofizioloji
xüsusiyyətlərinə müasir preparatların təsiri
Xülasə
Günəbaxanın əkin sahələrində ən geniş yayılan və vurduğu ziyana görə ön sıralarda gedən zərərvericilərdən biri də pulcuqqanadlılar və ya kəpənəklər (Lepidoptera) dəstəsinə mənsub olan günəbaxan odlucasıdır. Bu növün əkin sahələrində yayılması 46,3% olmaqla, onların tırtıllarının bitkilərin səbətlərindəki toxumların 37-39%-ni zədələməsi aşkar edilmişdir. Dəstənin digər nümayəndələri isə ümumilikdə yayılmanın 13-18%-ni təşkil edərək bitkiləri 13-30%-dək zədələyirlər. 2023-2024-cü illərdə aparılan tədqiqatlar göstərir ki, günəbaxan bitkisinin məhsuldarlığının 20-25%-i hər il onun təhlükəli zərərvericisi olan günəbaxan odlucası (Homoesoma nebulella Hb.) tərəfindən azalır. Buradan da günəbaxan odlucasının böyük təsərrüfat əhəmiyyətinə malik olması açıq şəkildə özünü göstərir. Odur ki, bu zərərvericinin bioekoloji xüsusiyyətlərini, inkişaf dinamikasını, iqtisadi ziyanlı həddini daha ətraflı öyrənməyi və müxtəlif preparatların ona qarşı istifadədə səmərəliliyini dəqiqləşdirməyi məqsədəuyğun hesab etmişik.
Açar sözlər: günəbaxan, Homoesoma nebulella, odluca, preparat