https://doi.org/10.36719/2706-6185/42/67-72

Günəş Məmmədova

Azərbaycan Milli Elmlər Akademiyası

 dissertant

gunes.ehmedova.89@mail.ru

https://orcid.org/0009-0002-1296-4969

 

Günter Qrassın “Mənim yüzilliyim” əsərində II Dünya müharibəsinin

insanların və ölkələrin taleyinə təsiri

 

Xülasə

Qrassın yaradıcılığı dövrümüzə xeyli tədqiqata cəlb olunsa da, Azərbaycanda onun yaradıcılığı yetəri qədər araşdırılmayıb. Qrassın mövzuları ümumbəşəri səciyyə daşıdığı üçün “Mənim yüzilli­yim” əsəri haqqında fikir bildirərkən dünyada baş verən ictimai-siyasi hadisələri diqqət mərkəzində saxlamışam. Həmçinin II Dünya müharibəsinin təkcə almanların deyil, digər xalqların da həyatını necə köklü şəkildə dəyişdiyini əsərdən gətirilən sitatlarla əsaslandırmağa çalışmışam.

Əsərdə iştirak edən müxtəlif obrazların müharibəni necə dəyərləndirməsini əsas tutaraq, Qrassın öz mövqeyini hansı şəkildə əks etdirməyə çalışmasının təhlili ardıcılllıqla qeyd olunub. Obrazların təhlili göstərir ki, Qrass “insan” faktorunu əsas tutaraq bütün dünyanı bunun üzərində düşünməyə çağırırdı. Müharibə nəinki insanları, hətta bütün dünyanı alçaltmağa qadir bir qüvvədir. Tədqiqa­tımda yazıçının bu ideyasını əsas tutaraq araşdırmanı aparmışam.

Qrassın digər ölkələrin siyasi vəziyyətinə münasibəti də vurğulanıb. Yazıçı, əslində, bir-birinin üzünü heç vaxt görməyən insanların əlinə silah alıb bir-birinin həyatını məhv etməyə çalışmasını realistik metodla elə təsvir etmişdir ki, oxucuda müharibəyə qarşı dərin nifrət yarada bilmişdir. Bu faktları nəzərə alaraq, tədqiqatımı Günter Qrassın müharibəyə fərqli nöqteyi-nəzərdən yanaşması istiqamətində aparmışam.

Açar sözlər: Günter Qrass, müharibə, insan, cəmiyyət, tarix

 


Baxış: 178