Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/53/65-69

Günəş Məmmədova

Azərbaycan Milli Elmlər Akademiyası

dissertant

https://orcid.org/0009-0002-1296-4969

gunes.ehmedova.89@mail.ru

 

Günter Qrassın Pişik və siçan əsərinin məzmun və ideyası

 

Xülasə

 

Məqalə Günter Qrassın yaradıcılığının əsasını təşkil edən əsərlərdən biri olan Pişik və siçan əsərində müharibə və müharibədən sonrakı dönəmdə yaşayan insanların cəmiyyətə uyğunlaşma cəhdlərini, fərqli insanların eyni dövrün ictimai-siyasi hadisələrinin qurbanına çevrilməsini əks etdirir. Məqalədə, həmçinin, müxtəlif ölkələrin tədqiqatçılarının araşdırmalarının nəticələri də müqayisəli şəkildə işıqlandırılmışdır. Ute Brandes, Karl Ruhleder, Farah Qamar kimi tədqiqatçıların əsərin əsas ideyası haqqında fikirləri bir-biri ilə əlaqələndirilərək öz əksini tapmışdır. Yazıçının Pişik və siçan əsərində yaratdığı Mahlke və Pilenz obrazlarının xarakterləri həmin dövrün hadisələri müstəvisində geniş şəkildə təhlil olunmuşdur. Mahlke obrazı timsalında müharibə dövründə yaşayan insanların maddi və mənəvi problemlərinin bədii ədəbiyyata gətirilməsi məhz Qrassın yaradıcılığında özünü göstərmişdir. Pilenz də Mahlke və digər insanlar kimi həmin dövrün ictimai-siyasi problem-lərinin qurbanı olmuşdur. Mahlke-nin yoxa çıxmasından sonra onun daxilində tüğyan edən vicdan əzabı dostu ilə bağlı xatirələrini yazıya köçürməsinə səbəb olmuşdur. Ancaq Pilenzin məqsədi oxucu üçün hələ də tam aydın deyildi. Yazıçı oxucunun özünün qərar verməsini istəyirdi. Ümumiyyətlə, Günter Qrassın yaradıcılığı çoxşaxəli və bir neçə ideyanı özündə birləşdirən əsərlərdən ibarətdir. Bu səbəbdən məqalədə onun Pişik və siçan əsəri müxtəlif aspektlərdən araşdırılmışdır.

Açar sözlər: Günter Qrass, simvolizm, fərdi təcrid, sosial uyğunlaşma, dini simvollar, nasizm, Alman ədəbiyyatı

 

 


Baxış: 9