DOI: https://doi.org/10.36719/2789-6919/52/78-81
Emil Qasımov
Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutu
adyunkt
https://orcid.org/0009-0008-7764-6295
gasimovemil88@gmail.com
Aytac Allahverdiyeva
Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutu
adyunkt
https://orcid.org/0000-0001-6643-0044
aytac.allahverdiyevaa@gmail.com
Hədəf seçimi qaydalarının pozulması və hərbi qulluqçuların məsuliyyəti: beynəlxalq humanitar hüquq və milli təcrübə
Xülasə
Məqalədə müasir silahlı münaqişələrdə hədəf seçimi prosesinin beynəlxalq humanitar hüquq çərçivəsində hüquqi qiymətləndirilməsi və bu sahədə Azərbaycan Respublikasının milli normativ, institusional və əməliyyat təcrübəsinin müqayisəli təhlili aparılır. Beynəlxalq hüquq normaları – xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarına I Əlavə Protokolun 48, 51 və 57-ci maddələri – hücumların yalnız legitim hərbi hədəflərə yönəldilməsini, mülki şəxslərin və mülki obyektlərin qorunmasını, eləcə də hücum zamanı mümkün bütün ehtiyat tədbirlərinin görülməsini tələb edən fundamental prinsipləri müəyyən edir. Tədqiqat çərçivəsində Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının presedentləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) şərhləri və müasir döyüş praktikasının hüquqi aspektləri araşdırılır. Məqalənin milli hissəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 327–353-cü maddələrinin tətbiq mexanizmləri, həmçinin, 2020-ci il Vətən müharibəsi zamanı formalaşan yüksək dəqiqlikli hədəf seçimi modeli təhlil olunur. Aparılan araşdırma nəticəsində hədəf seçimi üzrə milli standartların formalaşdırılması, hüquqi müşavir institutunun əməliyyat qərarvermə prosesinə daha dərindən inteqrasiyası və hədəf seçimi ilə bağlı məlumatların vahid elektron arxivdə toplanması kimi inkişaf istiqamətləri elmi əsaslandırılmış təkliflər kimi irəli sürülür.
Açar sözlər: beynəlxalq humanitar hüquq, hədəf seçimi, müharibə cinayətləri, Azərbaycan hərbi hüququ, Cinayət Məcəlləsi, Vətən müharibəsi