Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/125/194-198

Minarə Əliyeva

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant

https://orcid.org/0009-0000-5833-217X

minareeliyeva2202@gmail.com

 

Helmholts tənliyinin ədədi həlli üçün sonlu fərqlər

metodunun tətbiqi və təhlili

 

Xülasə

 

Bu məqalədə biz Helmholts tənliyinin ədədi həlli üçün sonlu fərqlər metodunun tətbiqi və təhlilini araşdıracağıq. Helmholts tənliyi riyazi fizikanın əsas tənliklərindən biridir. Helmholts tənliyini alman fiziki və riyaziyyatçısı Hermann von Helmholts dalğa proseslərinin riyazi təsvirini sadələşdirmək üçün formalaşdırıb. Bu tənlik akustikada, dalğa yayılması, elektromaqnit dalğaları, istilikkeçirmə və digər proseslərdə istifadə olunur. Helmholts tənliyinin analitik həlli yalnız sadə həndəsi formalara malik sahələrdə və seçilmiş sərhəd şərtlərində hesablana bilir. Mürəkkəb proseslərdə, qeyri-bircins mühitlərdə və real fiziki prosesləri əks etdirən sərhəd şərtləri üçün analitik həll tapmaq çətin və ya mümkün olmur. Buna görə də tənliyin təqribi həlləri araşdırılır və ədədi üsullardan istifadə olunur. Bu məqalədə biz diferensial tənliyin sonlu fərqlər üsulu ilə cəbri tənliklər sisteminə gətirilməsi və alınan sistem tənliyin həlli məsələlərinə nəzər salacağıq.

Açar sözlər: Helmholts tənliyi, sonlu fərqlər metodu, elektromaqnit dalğaları, ədədi həll, riyazi fizika, diferensial tənlik

 


Baxış: 39