https://doi.org/10.36719/2789-6919/40/15-20
Əntiqə Paşayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
fəlsəfə üzrə fəlsəfə doktoru
pashayeva.ph@mail.ru
https://orcid.org/0009-0004-5003-6244
Hüquq fəlsəfəsi: Hüququn sosial əhəmiyyəti və etik funksiyası
yunan düşüncəsində
Xülasə
Məlumdur ki, hüquq və ona xas dəyərlər həm Yunan, həm də Qərb filosoflarının əsas tədqiqat mənbəyini təşkil edir. Filosoflar hüququn təkcə praktiki tərəflərini deyil, həm də görünməyən tərəflərini göstərmişlər. Onların fikrincə, hüquq təkcə qanunlar toplusu deyil, hüquq bütün hallarda mövcud dünya üçün dəyərlər toplusu kimi xidmət edir. Bu dəyərlər insanın həm şəxsi, həm də ictimai həyatında əhəmiyyət kəsb edən mühüm amildir. Bu məqalədə Yunan və Qərb filosoflarının əsərlərinə istinad edərək hüquqi dəyərlər və onların sosial prinsipləri həm hüquqi, həm də fəlsəfi aspektlərdə təhlil edilir.
Bildiyimiz kimi, hüquq fəlsəfəsi hüquqla bağlı normaların dəyərini öyrənən elmdir. Burada müxtəlif mövzularla (hüquq və əxlaq, hüquq və dövlət, hüquq və siyasət, hüquq və din və s.) yanaşı, hüquq normalarının əsas funksiyası da ictimaiyyət üçün daimi araşdırma tələb edən mövzulardan biridir. Çünki hüququn əsas vəzifəsi, ilk növbədə, hər hansı bir məsələnin ədalətli və vicdanla öyrənilməsi, formalaşmış mənəvi dəyərlərə sadiq qalan ictimai şəxsiyyətin formalaşmasıdır. Hazırkı tədqiqat məhz bu ehtiyacdan irəli gəlir.
Açar sözlər: hüquq fəlsəfəsi, yunan filosofları, Qərb filosofları, ictimai, sosial dəyərlər, etik standartlar