Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/49/59-63

Mirzağa Yaqubzadə

Bakı Dövlət Universiteti

doktorant

https://orcid.org/0009-0001-6350-2644

mirzaga.yaqubov@gmail.com

 

Hüquqi müəyyənlik prinsipinin təmin edilməsində vahid məhkəmə

təcrübəsinin rolu

 

Xülasə

 

Məqalədə müasir hüquqi dövlətlərin əsas təməl prinsiplərindən biri hesab edilən hüquqi müəy­yənlik prinsipinin təmin edilməsində vahid məhkəmə təcrübəsinin rolu geniş şəkildə təhlil olunur. Hüquqi müəyyənlik məhkəmə qərarlarının sabit, qabaqcadan proqnozlaşdırıla bilən və məntiqli ol­ma­sını, oxşar hallarda müxtəlif nəticələrin qarşısının alınmasını tələb edir. Bu, məhkəmə sisteminə ictimai etimadı artırır və insan hüquqlarının səmərəli müdafiəsinə zəmin yaradır. Tədqiqatın məq­sədi Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin nəzəri və praktiki aspektlərini araş­dırmaq, xüsusilə Ali Məhkəmənin Plenum qərarları və hüquqi izahlarının məhkəmə təcrübəsinin va­hidliyinin təminindəki əhəmiyyətini qiymətləndirməkdir. Məqalədə milli qanunvericiliyin müvafiq müddəaları öyrənilir, məhkəmə təcrübəsində mövcud boşluqlar və ziddiyyətlər aşkarlanır və bun­ların hüquqi müəyyənlik prinsipinə təsiri analiz olunur. Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ praktikasına istinad edilərək beynəlxalq yanaşmanın milli sə­viyyədə tətbiq imkanları qiymətləndirilir. Tədqiqat normativ hüquqi aktların, məhkəmə qərarlarının və hüquqşünas alimlərin fikirlərinin müqayisəli təhlili əsasında aparılır. Məqalənin sonunda vahid məhkəmə təcrübəsinin inkişafı və qərarların ziddiyyətliliyinin aradan qaldırılması ilə bağlı praktiki təkliflər irəli sürülür.

Açar sözlər: hüquqi müəyyənlik, vahid məhkəmə təcrübəsi, Ali Məhkəmə Plenumu, presedent hüququ, insan hüquqlarının müdafiəsi


Baxış: 392