Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/42/48-51

Məsud Qəhrəmanov

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0009-2263-2037

qehremanovmesud@gmail.com

 

İbtidai siniflərdə yeni interaktiv təlimlə əlaqədar məsələ həllinin didaktik funksiyaları

 

Xülasə

Məqalədə ibtidai siniflərdə interaktiv təlimlə bağlı məcmu həllinin didaktik funksiyalarından bəhs edilir. Bildirilir ki, riyazi təhsilin həyata keçirilməsində məsələlərin həll edilməsi böyük əhəmiyyət kəsb edir. Şagirdlərin müstəqil riyazi yaradıcılığını təkmilləşdirmək üçün evristik yanaşmalar, ümumi göstərişlər və həll üsulları tətbiq edilmişdir. Yeni interaktiv təlimə əsasən, ibtidai siniflərdə şagirdlər I sinifdən başlayaraq, məsələ həllini öyrənir və II-IV siniflərdə çətin olmayan tip məsələlərin həllinə keçirlər. Məlumdur ki, məsələ həlli bilavasitə kəmiyyətlərlə əlaqədardır. Ona görə də, I sinifdə şagirdlər ədəd və ölçü haqqında lazımi təsəvvürləri qazanır. Ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar məsələ tərtib edilməsi və həlli şagirdlərin nəzəri və praktik hazırlığını təmin edir. Məsələ həllində şagirdlərin rast gəldiyi çətinliyi aradan qaldırmaq üçün müəllimlər müxtəlif praktik metod və vasitələrdən istifadə edirlər. Məsələn, məzmunun şəkillər, illüstrasiya, cədvəl və sxemlər vasitəsilə əyaniləşdirilməsi; verilən sual əsasında məsələlərin tərtib edilməsi; sualsız məsələlərin təqdim edilməsi; bu tipli məsələlərin suallarını şagirdlər müəyyən etməlidir. Bu pryom çox əlverişli və səmərəlidir. Çünki, şagird məsələnin sualını qoymaq (tapmaq) üçün onun məzmununu, kəmiyyətlər arasındakı asılılıqları, verilənləri ayırd etməlidir. Deməli, sualsız məsələnin verilməsi və sualı tapmaq, şagirdləri düşünməyə və öyrənməyə təhrik edən vasitədir. Bu priyom həm də şagirdə məsələ tərtib etməyin yollarını öyrədir. Şagird məsələ tərtib etməklə, onun riyazi mexanizmini dərindən dərk edir.

Açar sözlər: məsələ, interaktiv təlim, şagird, ibtidai sinif, riyaziyyat


Baxış: 49