DOI: https://doi.org/10.36719/2789-6919/56/207-210
Fərid Həmidov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
https://orcid.org/0009-0008-9051-1010
faridhamidovv@gmail.com
İdarə olunan rotor sistemi (irs) texnologiyası ilə mürəkkəb traektoriyalarda qazma performansının artırılması
Xülasə
Müasir neft və qaz sənayesində mürəkkəb geoloji strukturlardan resursların səmərəli çıxarılması tələbləri getdikcə artır. Bu baxımdan, idarə olunan rotor sistemi (İRS) texnologiyası qazma əməliyyatlarının optimallaşdırılmasında mühüm rol oynayır. İRS texnologiyası qazma prosesində rotorun istiqamətini və bucağını dəqiq nəzarət altında saxlamağa imkan verir, bu isə mürəkkəb traektoriyalı quyuların daha sürətli və effektiv qazılmasına şərait yaradır.
İRS texnologiyasının tətbiqi bir sıra üstünlükləri ilə seçilir. Əvvəla, qazma performansını artırmaqla yanaşı, quyu trayektoriyasının dəqiqliyini təmin edir. Bu, xüsusilə horizontal və ya çox budaqlı quyular üçün əhəmiyyətlidir. İkincisi, sistemin aktiv idarə olunması qazma zamanı yaranan sürtünmə və yan tərəf qüvvələrini azaldır, bu da alət ömrünü uzadır və texniki xidmət xərclərini azaldır. Üçüncüsü, İRS mürəkkəb geoloji şəraitdə riskləri minimuma endirərək qəza hallarının qarşısını alır və qazma prosesinin təhlükəsizliyini təmin edir.
Texnologiyanın effektivliyi həm də real vaxt rejimində monitorinq və məlumat analizi ilə artır. İRS vasitəsilə qazma əməliyyatları zamanı alınan məlumatlar rotorun istiqaməti, bucaq dərəcələri, qazma sürəti və digər kritik parametrlər əsasında optimallaşdırılır. Bu yanaşma qazma strategiyasının dinamik tənzimlənməsinə imkan verir və əməliyyat xərclərinin azaldılmasına kömək edir.
Açar sözlər: İdarə olunan rotor sistemi, mürəkkəb traektoriyalar, qazma performansı, geoloji strukturlar, real vaxt monitorinqi, təhlükəsiz qazma