DOI: https://doi.org/10.36719/2789-6919/45/207-210
Aytac Hafizova
Xəzər Universiteti
magistrant
https://orcid.org/0009-0009-4893-501X
aytac.hafizova2023@khazar.org
İdman, qidalanma və yuxunun psixi sağlamlığa təsiri
Xülasə
Müasir dövrdə psixi sağlamlıq cəmiyyətin ümumi rifahının mühüm göstəricilərindən biri kimi ön plana çıxır. Psixi sağlamlığın qorunması və yaxşılaşdırılmasında isə həyat tərzi faktorları – xüsusilə idman, qidalanma və yuxu rejimi mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, müntəzəm fiziki aktivlik yalnız bədən sağlamlığı üçün deyil, həm də stressin azaldılması, depressiya və narahatlığın qarşısının alınması baxımından təsirlidir. İdman neyrotransmitterlərin – xüsusilə serotonin və endorfinin – səviyyəsini artırmaqla psixi sabitlik və emosional balans yaradır. Eyni zamanda, balanslaşdırılmış və qida maddələri ilə zəngin qidalanma beyinin funksional fəaliyyəti və emosional vəziyyətə birbaşa təsir göstərir. Omega-3 yağ turşuları, vitamin B kompleksi və maqnezium kimi maddələr beyin funksiyalarını dəstəkləməklə yanaşı, əhval-ruhiyyəni yaxşılaşdırır. Psixi sağlamlıq üçün üçüncü əsas amil olan yuxu, sinir sisteminin bərpasında, yaddaşın möhkəmləndirilməsində və emosional tənzimləmədə vacib rol oynayır. Yuxu pozuntuları tez-tez stress, depressiya və diqqət pozuntuları ilə müşayiət olunur.
Açar sözlər: psixi sağlamlıq, fiziki aktivlik, balanslı qidalanma, yuxu rejimi, emosional sabitlik