Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/49/27-32

Xəqani İsmayılov

Naxçıvan Dövlət Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0002-9645-5626

ismayılov.xaqani@ndu.edu.az

 

İdmançı şəxsiyyətinin formalaşmasında ətraf aləmin və orqanizmin

vəhdəti haqqında

 

Xülasə

 

Məqalədə əks etdirilmiş əsas başlıca məqsəd şəxsiyyətin hərtərəfli inkişafı prinsipidir. Ümumi­likdə, fiziki tərbiyənin məzmunu və predmetini planlaşdırmaq mühüm əhəmiyyət kəsb edir. Qabaq­cıl pedaqoji təcrübənin ümumiləşdirilməsi və öyrənilməsi metodu elmi-praktik və nəzəri ədəbiy­ya­tın öyrənilməsinə əsaslanmışdır. Xüsusilə qeyd olunan cəhət isə orqanizmin sabitliyinin və möh­kəm­ləndirilməsinin təmin edilməsi məqsədilə uşağın tez-tez dəyişən xarici aləmlə fiziki tərbiyə sis­temini üzvi şəkildə əlaqələndirməyin başlıca vasitəsi kimi elmi şəkildə əsaslandırılmış rejimin, hərəki bacarıqların formalaşdırılması, yəni hərəki fəaliyyətin müxtəlif formalarının — səhər gim­nastikası, mütəhərrik oyunlar və idman çalışmalarının imkanları, yeri və rolu xüsusi qeyd olunmuş və işıqlandırılmışdır. Məqalədə belə bir qənaətə gəlmək olar ki, fiziki mədəniyyət bədən qurulu­şunun harmoniyasını yaratmaqla sağlam bədən, qədd-qamət formalaşdırır və estetik hissələrin tər­biyə olunmasına kömək edir.

Açar sözlər: fiziki tərbiyə, hərəki bacarıq, idman, fiziki təlim, fiziki çalışmalar


Baxış: 378