İkinci dilin mənimsənilməsi prosesində mədəniyyətlərarası ünsiyyətə dair perspektivlər
Xülasə. Müasir qloballaşan dünyada ikidilli təhsil artıq sadəcə dil bacarıqlarını təkmilləşdirmək vasitəsi deyil, həm də mədəniyyətlərarası dialoq və sosial inteqrasiya üçün mühüm bir alətə çevrilmişdir. Bu məqalə ikidilli təhsilin metodoloji, psixolinqvistik və linqvistik səviyyələrdə ortaya çıxan mürəkkəb çətinliklərini araşdırır. Gürcüstanın çoxetnoslu ölkə olması ikidilli təhsil məsələsini xüsusilə aktual edir. Müasir dilçilik və pedaqogikada dilin mənimsənilməsi artıq yalnız qrammatik və leksik vahidlərin əzbərlənməsi kimi deyil, həm də hədəf dildə danışan cəmiyyətin tarixi yaddaşının, mədəni kodlarının və sosial normalarının dərk edilməsi ilə sıx bağlı bir proses kimi nəzərdən keçirilir. Məqalədə vurğulanır ki, dil tədrisinə mədəni aspektlərin daxil edilməsi şagirdlərin motivasiyasını artırır və onların mədəniyyətlərarası səriştələrini inkişaf etdirir. Məqalə xüsusilə Gürcüstan və Azərbaycan arasındakı tarixi-mədəni əlaqələrə diqqət yetirərək, Tbilisidə fəaliyyət göstərmiş görkəmli azərbaycanlı şəxsiyyətlərin (M. F. Axundov, M. Ş. Vazeh və C. Ş. Məmmədquluzadə) irsini
araşdırır. Tədqiqat göstərir ki, bu cür tarixi-mədəni paralellərdən və mətnlərdə istifadə ikinci dilin mənimsənilməsi prosesini daha səmərəli, mənalı və interaktiv edir.
Açar sözlər: mədəniyyətlərarası ünsiyyət, Gürcüstan-Azərbaycan əlaqələri, dil tədrisi, ikidillilik, təhsil, tolerantlıq, pedaqoji aspektlər