Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/86-90

Ruslan Məmmədov

İstanbul Marmara Universiteti

doktorant

https://orcid.org/0000-0003-4136-0902

ruslanmuderris@gmail.com

Ali Tülü

İstanbul Maramara Universiteti

https://orcid.org/0000-0002-3245-2744

ali.tulu@marmara.edu.tr

 

İliyya Əbu Mazinin Mənzum Hekayələrində Məcaz və Kinayələr

 

Xülasə

 

Ərəb Məhcər şairi Əbu Mazi müasir Ərəb ədəbiyyatının ən çox tədqiq edilən şəxslərindən biridir. O, uzun müddət ABŞ-da mühacirət həyatı yaşayarkən, bu illər ərzində müxtəlif məzmunlu lirik şeirlər və mənzum hekayələr qələmə almışdır. İndiyə qədər ədiblər onun əsərlərini müxtəlif yönlərdən təhlil etmişlər. Biz isə bu məqaləmizdə Əbu Mazinin mənzum hekayələrində istifadə etdiyi məcaz və kinayə növləri ilə yanaşı, Ərəb bəlağət elmində məcaz və kinayə barədə qarşıya qoyulan bir sıra problemlərə toxunacağıq. Çünki məcaz və kinayə ilə əlaqədar bəzi məsələlərə aydınlıq gətirməsək, Əbu Mazinin bəlağət elmində bacarıq səviyyəsini analiz edə bilmərik.

Açar sözlər: Əbu Mazi, məcaz, kinayə, şeir,  mənzum hekayələr


Baxış: 515