A.İ.İslamova
Bakı Slavyan Universiteti
AZƏRBAYCAN, RUS VƏ İNGİLİS DİLLƏRİNDƏ
NEOLOGİZMLƏRİN MÜQAYİSƏLİ-LİNQVİSTİK TƏHLİLİ
Açar sözləri: Neologizmlər, alınma sözlər, ümumişlək sözlər, terminlər, leksik-semantik məna
Key words: Neologisms, borrowed words, common words, terms, lexical and semantic meaning
Ключевые слова: Неологизмы,заимствованные слова, общеупотребительные слова, термины, лексико-семантическое значение
Müasir dövrümüzdə leksika daim yeni sözlərlə əvəzlənir. Həm Azərbaycan, həm də rus xalqı üçün hansısa sözlər öz dövrü üçün yeni sözlər hesab olunurdu. Böyük nəsil bir neçə onilliklər əvvəl maqnitofon – мaгнитофон;univermaq– универмаг; televizor – телевизор və s. sözləri neologizmlər kimi qəbul etmişlər [Həsənov, 1988, 22-23].
Elm və texnikanın inkişafı, həmçinin Azərbaycanın dünya birliyinə inteqrasiyası Avropa dillərindən külli miqdarda sözlərin dilimizə keçməsinə zəmin yaratmışdır. Məsələn, telefon, mobil telefon, konqres, memorandum, panoram, kompüter, biznes, mikser, bill, sistern, aysberq, kross, printer, ofset, menecer, marketinq, lider, spiker, monitor,lobbi, boykot, piketvə s. kimi sözlərin dilimizdə qarşılığı, demək olar ki, yoxdur [Qarayev, 1989, 65].