Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Ş.Albaliyev 
AMEA-nın Folklor İnstitutu


AZƏRBAYCAN XALQININ ETNİK MƏNSUBİYYƏTİNƏ DAİR


Açar sözlər: millət, Azərbaycan, Türkmən, dil, ərazi, etnos
Key words: people, Azerbaijan, Turkmen, language, territory, ethnos
Ключевые слова: нация, Азербайджан, Туркмен, язык, территория, этнос

Hər bir bəşər nəsli özünün soykökü, hansı nəslə, tayfaya, tirəyə, xalqa, millətə mənsub olması barədə, vətəni, dövləti haqqında doğru-dürüst və ətraflı məlumat əldə etməkdə maraqlıdır. Biz kimik, hardan gəlmişik, vətənimiz haradan başlanıb, haralaracan uzanır kimi suallar bədii düşüncəmizin də, elmi təfəkkürümüzün də daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Xalq şairimiz Sabir Xudu oğlu Rüstəmxanlı hələ sovetlər dönəmində 1986-cı ildə “Yazıçı” nəşriyyatında çapdan buraxılmış və o dövr üçün cəsarət göstərib “Qan yaddaşı” adlandırdığı şeirlər toplusuna “Ön söz yerinə” adlı bir şeirilə başlayıb:


Bu Vətən deyilən dünyam sirlidi, 
Bir paytaxtı sevinc, bir paytaxtı qəm. 
Bu Vətən torpağı çox qəribədi, 
Hələ sərhəddini tapa bilmirəm.
Dünyanın köksündən bir ümman axır, 
Yayılır qolları, dəyişir adı. 
Yolları Şərurda dayanan xalqın 
Qəlbinin paytaxtı Kərbəladadı.
Dərbənd qəbristanı şəhərdən böyük,
Müdrik babamıza dayanacaqdır... 
Bir gün Dədəm Qorqud mənə işimcə
Təzə ad verməyə oyanacaqdır!... 

MƏQALƏNİ YÜKLƏ [393.65 Kb] (yüklənib: 19)
 
Baxış: 1 262
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az