Arxiv
2024 Günay Şakir qızı Süleymanova
Azərbaycan Dillər Universiteti
müəllim
gunayshakir83@gmail.com
VOTSAP MESENCER MESAJLARINDA DİL ÜSLUBLARININ ÜSLUBİ TƏHLİLİ
Xülasə
Votsap Mesencer ənənəvi SMSin inkişaf etmiş versiyasıdır. Votsap Mesencer istifadəçiləri tərəfindən istifadə olunan çoxlu SMS üslubları vardır. Qrafalogiya şərtlərinə görə, bu üslublar bunlardır:1.Sözlərin qısaldılması (Clipping);
2.Sözlərin rəqəmlərlə əvəzedilməsi (Substitution of words with numbers);
3.Sözlərin yeni sözlərlə (neologizmlərlə) əvəzedilməsi (Coinage style);
4.Böyük kiçik hərflərin birləşməsi (Combination of uppercase and lowercase);
Votsap Mesencerdə SMS üslublarının istifadəsinə təsir əsas amillər bunlardır: yaş və münasibət. Təhlil etdiyimiz nümunələrdən görərik ki münasibətləri yaxın olan şəxslər tərəfindən orta standard dil seçilir. Digər tərəfdən, əgər mesaj göndərən və qəbul edən arsındakı münasibət aydın deyilsə onlar dilin daha nəzakətli və standard formasını seçməyə meyillidirlər. Gənclər yaşlılara nisbətən daha çox SMS üslublarından istifadə edirlər.
Bu tədqiqatları gələcəkdə dilçilər eyni ilə digər messencerlərdə (Twitter, Line, BBM) apara bilərlər. Bu tədqiqat işinin dilçilik kurslarında üslubları öyrənən hər bir tələbə və ya oxucu üçün yararlı ola biləcəyinə ümid edirəm.
Açar sözlər: üslubi təhlil, dil üslubu, müasir ünsiyyət vasitəsi, texnologiya, vatsap, mesajlaşma üslubu
MƏQALƏNİ YÜKLƏ
[147.64 Kb] (yüklənib: 83)
Baxış:
639