Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Ülvi Mədət oğlu İsmayılov
Azərbaycan Respublikası Təhsil İnstitutu
Baş mütəxəssis
ulvimeded@gmail.com
Aytəkin Oktay qızı Qurbanova
İstanbul Kültür Üniversitesi
Magistrant
aytekintez96@gmail.com
Ebru Nihat qızı Oğuz
Mimar Sinan Güzel Sanatlar Üniversitesi
Təhsil elimləri üzrə fəlsəfə doktoru, professor
sem@msgsu.edu.tr

DAXİLİ, XARİCİ VƏ İNZİBATİ AMİLLƏR KONTEKSTİNDƏ MÜƏLLİMLƏRİN
 MOTİVASİYA ÖLÇMƏ VASİTƏSİNİN DOĞRULUĞU VƏ ETİBARLILIĞININ TƏHLİLİ
Xülasə
Tədqiqatın məqsədi Kılıç və Yılmaz (2019) tərəfindən inkişaf etdirilən “Daxili, xarici və inzibati amillər kontekstində müəllimlərin motivasiyası ölçmə vasitəsi”nin azərbaycanca versiyasının etibarlılığı və doğruluğu ilə bağlıdır. Sorğuda respublikanın müxtəlif ümumtəhsil müəssisələrində işləyən 482 müəllim iştirak etmişdir. Ölçmə vasitəsinin linqvistik korrelyasiyası və ekvivalentliyi türkcə və azərbaycanca formalardan əldə edilən dəyərlərlə (qiymətlə) dəstəklənmişdir. Ölçmə vasitəsinin quruluşunun uyğunluğunu müəyyən etmək üçün təsdiqləyici faktor analizi həyata keçirilmişdir. Keçirilən analizi nəticəsində 2 maddə ölçmə vasitəsindən çıxarılması uyğun görülmüşdür. Bundan əlavə ölçmə vasitəsinin orjinal forması araşdırılmış və nəticə olaraq təkrar izahedici faktor analizinin həyata keçirilməsinə ehtiyac görülməmişdir. Cronbach Alpha əmsalı vasitəsi ilə ölçmə vasitəsinin daxili ardıcıllığı ilə bağlı etibarlılığı hesablanmışdır. “Ölçmə vasitəsinin bütünü üçün etibarlılıq əmsalı .90, “daxili amillər” alt faktoru üçün .84, “xarici amillər” alt faktoru üçün .67 və “inzibati amillər” alt faktoru üçün isə .85 olaraq tapılmışdır. Əldə edilən bu nəticələr “Daxili, xarici və inzibati amillər kontekstində müəllimlərin motivasiyası ölçmə vasitəsi”nin azərbaycanca formasının uyğun və doğru bir ölçmə vasitəsi olduğunu göstərir.
Açar sözlər: motivasiya, müəllim motivasiyası, ölçmə vasitəsi, etibarlılıq, doğruluq

Ulvi Madat Ismayilov
Aytakin Oktay Gurbanova
Ebru Nihat Oghuz

The teacher motivation scale in the context of intrinsic, extrinsic and administrative
 factors analysis of the accuracy and reliability
Abstract
The main purpose of the study is define the reliability and accuracy of the Azerbaijani version of the “The Teacher Motivation Measurement in the Context of Internal, External and Organs” researched by Kilic and Yilmaz (2019). Sample size of the research are 482 teachers from different secondary schools of the Republic of Azerbaijan. The linguistic correlation and equivalence of the measurement tool is supported by the values derived from the Turkish and Azerbaijani forms. Confirmatory factor analysis was performed to determine the suitability of the structure of the measurement tool. As a result of the analysis, it was considered appropriate to remove 2 substances from the measurement tool. In addition, the original form of measurement was researched and as a result, there was no need to create a repeat explanatory factor analysis. The reliability of the measurement tool according to the internal succession was calculated using the Cronbach Alpha coefficient. The reliability coefficient was found to be .90 for the whole measurement tool, .84 for the “internal factors” sub-factor, .67 for the “external factors” sub-factor, and .85 for the “ administrative factors” sub-factor. These results show that the Azerbaijani form of “Teacher Motivation Measurement in the Context of Internal, External and Administrative Factors” is an appropriate and accurate measurement tool.
Key words: motivation, teacher motivation, measurement tool, reliability, accuracy

MƏQALƏNİ YÜKLƏ [209.3 Kb] (yüklənib: 43)



Baxış: 485
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az