Aynurə Fərman qızı Həsənova
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Magistrant

MALİYYƏ MÜHƏNDİSLİYİ İLƏ SÜNİ İNTELLEKT ARASINDAKI ƏLAQƏ
Xülasə
 Maliyyə mühəndisliyi, müəssisənin səmərəliliyini artırmaq və ya optimallaşdırmaq üçün həmin müəssisənin və ya onun strukturuna tabe olan digər müəssisələrin maliyyə işlərini ədədi üsullarla yerinə yetirən elm sahəsi kimi mövcud olmuşdur. Mühəndislik elmi ilə problemin həllində kəmiyyət üsullarını tətbiq etməklə nəticəyə çatmaq mümkündür. Müxtəlif riyazi modellərdən istifadə etməklə əldə edilən nəticələr deterministik xarakterli olur. İqtisadi həyatın artan mürəkkəbliyi ilə investorların əmanətlərini bank depozitləri, dövlət istiqrazları, eləcə də səhmlər kimi investisiya alətlərinə yönəltməsi bu alətlərin daşıdığı risklərdən hedcinq alətlərini tələb edirdi. Bu ehtiyac sığorta institutlarının, fond bazarlarının və vasitəçi maliyyə institutlarının inkişafına səbəb olmuşdur. Bu müəssisələr əllərində olan əsas qiymətli kağızlardan törəmə qiymətli kağızlar yaratmışlar. Maliyyə mühəndisliyi ilə süni intellekt arasındakı əlaqənin tədqiq olunması məqalənin əsas tədqiqat obyektini təşkil edir. 
Açar sözlər: maliyyə mühəndisliyi, süni intellekt, Saleh Neftçi, maliyyə sektorunda süni intellektin istifadəsi

Aynura Farman Hasanova

Relationship between financial engineering and artificial intelligence
Abstract
Financial engineering has existed as a field of science that performs the financial work of an enterprise or other enterprises subordinate to its structure by numerical methods in order to increase or optimize the efficiency of the enterprise. It is possible to reach a conclusion by applying quantitative methods in solving a problem with engineering science. The results obtained using different mathematical models are deterministic. Increasing complexity of economic life, directing investors' deposits to investment instruments such as bank deposits, government bonds, and stocks required hedge instruments to hedge on the risks posed by these instruments. So it led to the development of insurance institutions, stock markets and intermediary financial institutions. These enterprises have created securities derived from the underlying securities in their possession. The study of the relationship between financial engineering and artificial intelligence is the main research object of the article.
Key words: financial engineering, artificial intelligence, Saleh Neftchi, use of artificial intelligence in the financial sector

MƏQALƏNİ YÜKLƏ [149,02 Kb] (yüklənib: 3)


Baxış: 25
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: [email protected], [email protected]