Tural Namiq oğlu Əfəndiyev
Bakı Dövlət Universiteti 
Magistrant

MDB ÖLKƏLƏRİNDƏ KONSTİTUSİYA NƏZARƏTİNİN MÜQAYİSƏLİ TƏHLİLİ
Xülasə
Konstitusiya nəzarəti hüquq-mühafizə fəaliyyətinin xüsusi bir növüdür. Bu fəaliyyət Qanunların və digər normativ hüquqi aktların ölkənin konstitusiyasına uyğunluğunun yoxlanılmasından ibarətdir. Qeyd edim ki, konstitusiya nəzarəti dünya ölkələrində müxtəlif dövlət orqanları tərəfindən həyata keçirilir. Bu fəaliyyət həm xüsusi ixtisaslaşmış orqanlar tərəfindən, həm də digər dövlət orqanları tərəfindən həyata keçirilə bilər. Müasir konstitusiya hüququnda konstitusiya nəzarətini həyata keçirən ixtisaslaşmış orqan altında qanunvericilik və icra hakimiyyətindən asılı olmayan məhkəmə orqanı başa düşülür. Azərbaycan Respublikasında konstitusiya nəzarətini Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi həyata keçirir. Təqdim edilmiş məqalədə biz Azərbaycan Respublikası və MDB dövlətlərində mövcud olan konstitusiya nəzarətini müxtəlif meyarlara görə müqayisə edib, müsbət və mənfi cəhətlərini təhlil edəcəyik. Həmçinin, MDB ölkələrində konstitusiya nəzarətini həyata keçirən ixtisaslaşmış orqanların səlahiyyətlərini araşdıraraq, onların təkmilləşdirilməsinə dair təklifləri irəli sürəcəyik.
Açar sözlər: konstitusiya, konstitusiya mühafizəsi, konstitusiya nəzarəti, konstitusiya nəzarətini həyata keçirən ixtisaslaşmış orqanlar, MDB ölkələrində konstitusiya nəzarəti

Tural Namig Afandiyev

Comparative analysis of constitutional control in the CIS countries
Abstract
Constitutional control is a special type of law enforcement activity. This activity consists of checking the compliance of laws and other normative legal acts with the country's constitution. Constitutional control is realised out by various government agencies in the world. This activity can be carried out both by specialized bodies and by other state bodies. In modern constitutional law under a specialized goverment entitity realising constitutional control is implied a judicial body independent of the legislative and executive authorities. Constitutional control in the Republic of Azerbaijan is carried out by the Constitutional Court of the Republic of Azerbaijan. In this article, we will compare the existing constitutional control in the Republic of Azerbaijan and the CIS countries according to various criteria and analyze its pros and cons. We will also study the powers of the specialized entities enforcing constitutional control in the CIS countries and make proposals for their improvement.
Key words: constitution, constitutional protection, constitutional control, specialized entities enforcing constitutional control, constitutional control in the CIS countries

MƏQALƏNİ YÜKLƏ [154,62 Kb] (yüklənib: 3)


Baxış: 17
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: [email protected], [email protected]