Ayan Vüqar qızı Mənəfova
Bakı Dövlət Universiteti
Magistrant

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYASININ VƏ KONSTİTUSİYA
QURULUŞUNUN XARİCİ ÖLKƏLƏR İLƏ ORTAQ CƏHƏTLƏRİ
 VƏ MÜQAYİSƏLİ TƏHLİLİ
Xülasə
Konstitusiya - dövlətin əsas qanunu, insan və vətəndaşların hüquq və azadlıqlarını bəyan edən və təmin edən, sosial sistemin əsaslarını, idarəetmə formasını və ərazi quruluşunu, mərkəzi və yerli hakimiyyət orqanlarının təşkilinin əsaslarını müəyyən edən hüquqi aktdır. Konstitusiya bütün mövcud qanunvericiliyin əsasını təşkil edir. [Nikulin.V.V|2012|6]
Formal mənada konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanun və ya qanunlar toplusudur. Konstitusiya - konstitusiya quruluşunun dəyərlərinin, institutlarının və normalarının, dövlət orqanlarının dövlət-hüquqi tənzimlənməsinin əsaslarının rəsmi şəkildə təsbit olunduğu ali hüquqi formadır. Hüquqşünaslar konstitusiya anlayışını hüquqi və faktiki olaraq fərqləndirirlər.[Y.İ.Leibo|2004|8]
Azərbaycan Respublikası Konstitusiyası 12 noyabr 1995-ci ildə ümümxalq səsvermə əsasında qəbul edilmiş, 27 noyabr 1995-ci il tarixindən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
AR Konstitusiyasının ümumi xüsusiyyətləri ilə yanaşı, mübahisəli məsələləri də qaldırılmalıdır. Məsələn: “Bizim konstitusiyamız mükəmməldirmi?”, və ya “Konstitusiyamıza dəyişikliklər edilməlidirmi?”
Düzgün qurulmuş Konstitusiya, düzgün qurulmuş Konstitusiya Qurululuşunun elementlərindən biridir. Bugün biz Azərbaycan Respublikasının Konstitusiya təhlilinə keçmədən öncə, müxtəlif ölkələrin Konstitusiya quruluşu ilə milli Konstitusiya quruluşumuzun oxşar cəhətlərini göstərəcəyik.
Açar sözlər: konstitusiya, konstitusiya müqayisəsi, konstitusiya təhlili, azadlıqlar, hüquq və öhdəliklər

Ayan Vugar Manafova

Common features and comparative analysis of the constitution of the
 Republic of Azerbaijan and its constitutional structure with foreign countries
Abstract
The Constitution is the basic law of the state, a legal act that declares and guarantees the rights and freedoms of man and citizens, determines the foundations of the social system, form of government and territorial structure, the organization of central and local authorities. The Constitution is the basis of all existing legislation.
In a formal sense, a constitution is a law or set of laws that has the highest legal force. The Constitution is the highest legal form in which the values, institutions and norms of the constitutional system, the foundations of state and legal regulation of state bodies are officially established. Lawyers distinguish between legal and factual notions of constitution.
The Constitution of the Republic of Azerbaijan was adopted on November 12, 1995 on the basis of a nationwide vote, and entered into force on November 27, 1995. The Constitution of the Republic of Azerbaijan consists of 5 sections, 12 chapters and 158 articles.
Along with the general features of the Constitution of the Republic of Azerbaijan, controversial issues should also be raised. For example: "Is our constitution perfect?", Or "Should our constitution be changed?"
A well-established Constitution is one of the elements of a well-established Constitutional Structure. Today, before moving on to the constitutional analysis of the Republic of Azerbaijan, we will show the similarities between the constitutional structure of different countries and our national constitutional structure.
Key words: constitution, constitutional comparison, constitutional analysis, freedom, rights and responsibilities

MƏQALƏNİ YÜKLƏ [137,09 Kb] (yüklənib: 2)


Baxış: 13
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: [email protected], [email protected]