Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv
DOI: http://www.doi.org/10.36719/2707-1146/21/29-33
Pərviz Ağasəməd oğlu Yəhyalı
Göyçay rayon təhsil sektoru
tarix üzrə fəlsəfə doktoru
yehyaliperviz@gmail.com

AZƏRBAYCAN XALQININ MƏNƏVİ MƏDƏNİYYƏTİNDƏ
 ZOOMORF KOMPONENTLƏRƏ DAİR

Xülasə
Mənəvi mədəniyyət insan zəkasının yaratdığı, onun iç dünyasından xəbər verən, arzu və istəklərindən doğan maddi mədəniyyətlə kəskin sərhəd ayrılığı olmayan mədəniyyətdir. Buraya adət və ənənələr, din, fəlsəfi görüşlər, inam və etiqatlar, xalq yaradıcılığı daxildir. Azərbaycsn xalqının mənəvi mədəniyyəti, onun tarix boyu keçdiyi inkişaf mərhələləri ilə, zamanla formalaşdırdığı dəyərlərlə mübarizə tarixi ilə zəngin bir irs təşkil edir. İnam və inanc dünyasında hifz edib yaşatdığı zoomorfik komponentlər minilliklərdən boylanan canlı tarixdir. Təsərrüfat məşğuliyyəti, təbiətlə ünsiyyəti özündə ehtiva edən zoomorfik elementlər holavarlarda, sayaçı sözlərdə, əmək nəğmələrində, bayatılarda, dastan və rəvayətlərdə, əfsanələrdə, nağıllarda, oxşama və əzizləmələrdə, atalar sözlərində, məsəllərdə, tapmacalarda öz əksini tapmışdır. Landşaft, iqlim amili ilə bağlı yerli coğrafi arealda yaşayan fauna şübhəsiz insan mənəvi dünyasında önəm daşıyan yer tutur. Tədqiq edilən tədqiqat subyekti məqalənin imkan verdiyi həcm səviyyəsində araşdırılaraq aşağıdakı nəticəyə köklənir.
Azərbaycan xalqının mənəvi mədəniyyəti bu mədəniyyətin əhatə etdiyi sahələrin hamısında zəngin zoomorf etnoqrafik rəngarəngliyə malikdir. Bu inam və etiqatların alt qatlarında insanın özünü və dünyanı dərk etmə istəyi, hümanist yanaşılan insan-təbiət münasibətləri durur. Ən başlıcası isə həşəratlardan tutmuş iri məməlilərə qədər faunanın insan həyatındakı əvəzsiz roluna çox böyük hörmətlə yanaşılması, təbiətin bəxş etdiyi bütün canlılara öz mənəvi dünyasında məhəbbətlə yer verməsi ana xətt təşkil edir.
Açar sözlər: zoomorf, azıxantrop, canlılar, fauna, təbiət

Parviz Agasamed Yahyali

On zoomorphical components in the spiritual culture of the people of Azerbaijan
Abstract
Spiritual culture is a culture created by the human intellect, which reveals its inner world, and has no sharp boundary with the material culture born of its desires and aspirations. These include customs and traditions, religion, philosophical views, beliefs and creations, folk art. The spiritual culture of the Azerbaijani people is a rich heritage with the stages of its development throughout history and the history of struggle with the values formed over time. The zoomorphic components it preserves in the world of faith and belief is a living history that spans thousands of years. Zoomorphic elements, which include economic activity and communication with nature, are reflected in holavars, counting words, labor songs, bayats, sagas and legends, legends, tales, parables, proverbs, and riddles. Due to the landscape and climatic factors, the fauna living in the local geographical area undoubtedly occupies an important place in the human spiritual world. The research subject is researched at the level allowed by the article and is based on the following conclusion.
The spiritual culture of the Azerbaijani people has a rich zoomorphic ethnographic diversity in all areas covered by this culture. Underlying these beliefs and convictions are man's desire to understand himself and the world, and his humanistic approach to human nature. The main thing is that the invaluable role of fauna in human life, from insects to large mammals, is highly respected, and that all living things endowed by nature are lovingly placed in their spiritual world.
Keywords: zoomorph, azyxanthropus, creatures, fauna, nature

MƏQALƏNİ YÜKLƏ [2.32 Mb] (yüklənib: 35)


Baxış: 511
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az