Aynur Cümşüd qızı Meyfaliyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
müəllim

QARAMAL EMBRİONUN KÖÇÜRÜLMƏSİ SƏBƏBLƏRİNİN ÖYRƏNİLMƏSİ
Xülasə
Tədqiqat işi Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti”   fakültəsinin “Terapiya, mamalıq və cərrahiyyə” kafedrasının laboratoriyasında, Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzində aparılacaqdır. Embrion köçürmə üsulu kənd təsərrüfatı heyvanlarının yetişdirilməsində intensivləşdirilmə üsullarından biridir. Bu, alınan yeni nəslin baş sayının surətlə artmasına imkan yaradır. Embrion köçürmə dedikdə donor heyvanların cinsiyyət üzvlərində rüşeymin resipient heyvanların cinsiyyət üzvlərinə köçürülməsi deməkdir. Bu zaman resipiyentlərin orqanizmində rüşeymin və daha sonra dölün inkişafı müşayiət olunan normal boğazlıq baş verir. Donor yüksək damazlıq və məhsuldarlıq keyfiyyətinə malik heyvan olmalıdır. Bu heyvanda hormonal yolla poliovulyasiya törətdikdən sonra onu yüksək məhsuldar törədicinin sperması ilə mayalandırılır, bir neçə rüşeym alırlar. Donor kimi yalnız elə heyvanlar seçilir ki, bunlar çoxsaylı ovulyasiya qabiliyyətinə malik olmaqla, uzun müddət ərzində transplantasiya üçün yararlı rüşeymlər verə bilsinlər. Bu məqsədlə doğum zamanı və doğumdan sonrakı dövrdə heç bir patologiya ilə üzləşməmiş 4–5 yaşında olan, sağlam, süd vəziləri yaxşı inkişaf etmiş inəklərdən istifadə edirlər .
Açar sözlər: qaramal, embrion, köçürmə, kateter, balalıq boyuncuğu, donor, resipient

Aynur Cumshud Meyphalieva

Learning of cattle embryo’s transplantation causes
Abstract
The investigation work will held in Azerbaijan State  Agrarian University's “Veterinary medicine”, in the laboratory of  “Therapy, mammalogy and surgery” and in Goygol region's Republic Artificial Fermented Center. The transplantation of embrions is one of the main intensive methods of breeding agricultural economy. It provides the increasing  of the head number of the new stock. While saying transplantation of embrion we mean the germ of donor animals which placed in the sex organs of its to the resipient animals sex organs. Thus, in the resipient animals' organs we can notice the normal pregnancy of fetus. The donor animals must be highly productivity qualitative animals. In hormonal way in the animals formed poliovulation and with the highly spermed animals the other animals fertilized and got some embrions. As the donor it must be selected such animals that they have some ovulation aims and they can give fitted embrions for long transplantation periods. So, with this aim it must be used during the period of birth and after the birth period it must be choosen such animals at the age of 4-5 years old, healthy and the cows which breasts are well improved. 
Key words: cattle, embrion, transplantation, kateter, uterus, donors, animals

MƏQALƏNİ YÜKLƏ [2,52 Mb] (yüklənib: 17)

Baxış: 13
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
https://aem.az
E-mail:
[email protected], [email protected]