Arxiv
2024 Ələsgər Həsən oğlu Vəliyev
Azərbaycan Tibb Universiteti
tibb üzrə fəlsəfə doktoru
alaskar67@mail.ru
Elza Qüdrət qızı Orucova
Azərbaycan Tibb Universiteti
tibb üzrə fəlsəfə doktoru
elzaqudretqizi@gmail.com
Elçin Məmməd oğlu Hüseynov
Azərbaycan Tibb Universiteti
tibb elmləri doktoru
elchinhuseynov@mail.ru
İNFEKSİON XƏSTƏLİKLƏR TİBBİ, SOSİAL-İQTİSADİ
VƏ HUMANİTAR PROBLEM KİMİ
Xülasə
Sürətlə və geniş yayılmalarına, kəskin dövrdə yüksək ölüm faizinə, əlilliyə səbəb olan davamlı qalıq əlamətlərinə, hamiləliyə və dölə mənfi təsirlərinə görə infeksion xəstəliklər hər zaman cəmiyyət və dövlətlərin daim diqqət mərkəzində olmuşdur. Bununla yanaşı, onların diaqnozunun təsdiq olunması, xəstələrin müalicəsi və reabilitasiyası, genişmiqyaslı profilaktikası böyük maliyyə vəsaitləri tələb edir. Həm də son illər infeksion xəstəliklərin törədicilərinin və onların toksinlərinin əhali və kənd təsərrüfatı heyvanları arasında terror məqsədilə (bioterrorizm) istifadə olunması halları da çoxalmışdır. Bu humanitar fəlakətə, qida ehtiyatlarının məhv edilməsinə və böyük iqtisadi zərərə səbəb ola bilər. Odur ki, infeksion xəstəliklərlə mübarizə, xəstələnmənin və letallığın azaldılması həmişə diqqət mərkəzində olmalıdır.
Açar söz: infeksion xəstəliklər, kritik vəziyyətlər, intensiv terapiya, epidemiya, pandemiya, bioterrorizm, iqtisadi və humanitar fəlakət
Alasgar Hasan Valiyev
Elza Gudrat Orujova
Elchin Mammad Huseynov
Infectious diseases as a medical, social-economic
and humanitarian problem
Abstract
Due to the rapid and widespread distribution, high mortality in the acute period, and persistent residual effects leading to disability and side effects on pregnancy, and the fetus, infectious diseases are always under the close attention of society and all states. In addition, they require substantial economic expenditures for the diagnosis, treatment, and rehabilitation of patients and large-scale prevention. In recent years, threats of the use of pathogens of infectious diseases and their toxins for terrorist purposes among the population and farm animals (bioterrorism) have become more frequent. This could lead to a humanitarian catastrophe, destruction of food stocks, and enormous economic damage.
Keywords: infectious diseases, critical situations, intensive care, epidemic, pandemic, bioterrorism, an economic and humanitarian disaster
MƏQALƏNİ YÜKLƏ
[304.87 Kb] (yüklənib: 38)
Baxış:
416