Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/84/49-54

Altay Babakərim oğlu Kərimli

Bakı Dövlət Universiteti 

doktorant

altaykarimli@gmail.com


SOSİAL XİDMƏT SAHƏSİNİN İNKİŞAF TARİXİ 


Xülasə

Sosial xidmət hər bir dövlətin və cəmiyyətin istər siyasətində, istərsə də gündəlik həyatında aparıcı sahələrdən biridir. O, təkcə elm və araşdırma sahəsi kimi yox, həm də cəmiyyət həyatının və dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Ona geniş diqqət göstərilməsi və inkişaf etdirilməsi günümüzdə hər bir ölkədə diqqət mərkəzindədir. Dünyada bu sahə hər zaman əhəmiyyətli olsa da, sosial xidmət və sosial siyasət ötən əsrin ortalarında daha geniş vüsət almağa başladı. İki dünya müharibəsi yaşamış bəşəriyyətin proqressiv xalqları, əsasən Avropa ölkələri 1940-cı illərdən başlayaraq sosial dövlət modelləri üzrə siyasi müzakirəyə başladılar. Artıq 1960-cı illərdə Mərkəzi və Şimali Avropada bunun nəticələri görünməyə başladı, sosial yönümlü “rifah dövləti” modeli sonradan bəzi Asiya və Amerika dövlətləri tərəfindən də diqqət cəlb etdi və uyğun modellər formalaşdırıldı. Müvafiq qanunvericiliyin, beynəlxalq konvensiya və qərarların qəbulu ilə yanaşı bu işdə sosial xidmətin fəlsəfəsinin düzgün anlaşılması, fərd və qruplarla səviyyələr üzrə işlənməsi də çox vacibdir. Avropa bu sahədə qabaqcıl olduğundan, sosial xidmət modelləri də aparıcı Avropa ölkələrinin təcrübəsinə əsaslanır.

Açar sözlər: Avropa Sosial Şəbəkəsi, şəxsi sosial xidmətlər, şəbəkə modeli, rifah dövləti, sosial dövlət


Altay Babakarim Karimli 


History of development of the field of social service


Abstract

Social service is one of the leading areas in each state and society’s policy, daily life. It is not only a field of science and research, but also an integral part of social life and policy. It is widely paid attention to the social services and developed in every country today. Although this field has always been important in the world, social service and social policy began to gain a wider scope in the middle of the last century. The progressive peoples of humanity who experienced 2 world wars, mainly European countries, started a political discussion on social state models starting from the 1940s. Already in the 1960s, the results of this began to be seen in Central and Northern Europe, the socially oriented “welfare state” model later attracted the attention of some Asian and American countries, and appropriate models were formed. Furthermore, to the adoption of relevant legislation, international conventions and decisions, it is also crucial to have a proper understanding of the philosophy of social service and to work with individuals and groups on levels. Since Europe is a pioneer in this field, social service models are also based on the experience of leading European countries.

Keywords: European Social Network, personal social services, network model, welfare state, welfare state


MƏQALƏNİ YÜKLƏ [644.82 Kb] (yüklənib: 51)

Baxış: 450
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az