DOI: https://doi.org/10.36719/2789-6919/15/13-19

Şəhla Akif qızı Səfərli 

Turizm və Menecment Universiteti

magistrant 

shehla.seferli@mail.ru


TURİZMİN İNKİŞAFININ NƏZƏRİ ASPEKTLƏRİ


Xülasə

Beynəlxalq miqyasda turizmin inkişaf tendensiyası göstərir ki, bu sahə ölkələrarası iqtisadi inkişafın, əhali məşğulluğunun, istehsal və qeyri-istehsal sektorunun əlaqələri şəklində qurulmasında əhəmiyyətli rola malikdir. Turizm sənayesi son illər dinamik inkişafına görə xidmət sahələri arasında birinci yeri tutur. Bu baxımdan turizm-rekreasiya resurslarından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli turizm sənayesinin yaradılması və inkişafının təmin olunması ölkəmizin gələcək iqtisadi inkişaf strategiyasında əsas prioritet istiqamətlərdən sayıla bilər.

Xalqımız yenidən müstəqillik əldə etdikdən sonra ölkənin bütün sahələrində aparılan iqtisadi islahatlar ölkə təsərrüfatının formalaşmasına və inkişafına birbaşa öz təsirini göstərmişdir. İqtisadi sektorda əldə olunan uğurlar digər sahələrdə də tətbiq olunmağa başlanıldı. Bununla yanaşı, son illər dünya iqtisadiyyatında baş verən iqtisadi böhranlar Azərbaycan Respublikasına da təsirsiz ötüşməmişdir. 2015-ci ildə manatın dollar nisbətdə devalvasiyası bütün ölkə iqtisadiyyatına öz təsirini göstərmişdir. Bunun nəticəsində də ölkə rəhbərliyi qeyri-neft sektorunun inkişafına dəstəklə əlaqədar olaraq bir sıra mühüm tədbirlər hazırlamış və onları həyata keçirmişdir.

Son 10 il ərzində görülən çox saylı tədbirlər nəticəsində Azərbaycanda turizm sektoru yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu tədbirlər sırasına qəbul edilən dövlət proqramları, aparılan çox saylı islahatlar, turizmin təşviqi ilə bağlı atılan addımlar, normativ-hüquqi bazanın və xidmətlər standartının təkmilləşdirilməsi, beynəlxalq tədbirlərin təşkili və s. daxildir. Bütün bu uzaq görən siyasət Azərbaycanın dünyada yeni turizm mərkəzi kimi tanınmasına, turistlərin rəğbətini qazanmasına, beynəlxalq turizm bazarına inteqrasiya etməsinə səbəb olmuşdur.

Həmçinin dövlət dəstəyinin olması, infrastrukturun təkmilləşdirilməsi və ən əsası Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi turizm sektorunun inkişafını şərtləndirən amillərdəndir. 2011-ci ilin “Turizm ili” elan olunması da ölkədə turizm sektorunun inkişafına çox böyük təkan vermişdir.Turizmin inkişaf etdiyi müasir dövrümüzdə artıq bir çox regionlarda xarici turistlərə beynəlxalq standartlar səviyyəsində xidmət göstərə bilən otel və ya digər yerləşmə xidməti göstərə bilən müəssisələr fəaliyyət göstərir. Bu tip otel və yerləşmə müəssisələrinin sayı durmadan artmaqdadır. 

Açar sözlər: turizm, Azərbaycanda turizm, inkişaf, turizm və rekreasiya, Azərbaycanda turizm sektoru


Shahla Akif Safarli

University of Tourism and Management

master student

shehla.seferli@mail.ru


Theoretical aspects of tourism development


Abstract

The development trend of tourism on an international scale shows that this field has a significant role in the establishment of inter-country economic development, population employment, production and non-production sector relations. Due to its dynamic development in recent years, the tourism industry occupies the first place among the service sectors. In this regard, ensuring the creation and development of a competitive tourism industry by effectively using tourism and recreation resources can be considered one of the main priorities in the future economic development strategy of our country.

After our people regained independence, the economic reforms carried out in all areas of the country had a direct impact on the formation and development of the country's economy. The successes achieved in the economic sector were applied in other areas as well. In addition, the economic crises that have occurred in the world economy in recent years have not left the Republic of Azerbaijan unaffected. The devaluation of the manat against the dollar in 2015 had an impact on the entire country's economy. As a result, the country's leadership prepared and implemented a number of important measures related to the development of the non-oil sector.

As a result of numerous measures taken during the last 10 years, the tourism sector in Azerbaijan entered a new stage of development. These measures include state programs, numerous reforms, steps taken to promote tourism, improvement of the normative-legal base and standard of services, organization of international events, etc. includes. All this far-sighted policy has led to the recognition of Azerbaijan as a new tourism center in the world, gaining the sympathy of tourists and integrating it into the international tourism market.

Also, the presence of state support, improvement of infrastructure and, most importantly, the location of Azerbaijan in a favorable geographical position are among the factors determining the development of the tourism sector. The declaration of 2011 as the "Year of Tourism" has given a great impetus to the development of the tourism sector in the country. In our modern era, when tourism is developing, there are already hotels or other accommodation facilities that can provide services to foreign tourists at the level of international standards in many regions. The number of hotels and accommodation establishments of this type is constantly increasing. 

Keywords: tourism, Tourism in Azerbaijan, development, Tourism sector in Azerbaijan, tourism and recreation

MƏQALƏNİ YÜKLƏ [634.02 Kb] (yüklənib: 43)


Baxış: 371
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az