DOI: https://doi.org/10.36719/2706-6185/19/5-9
Sevinc Akif qızı Qurbanova
Gəncə Dövlət Universiteti
doktorant
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ŞUŞAYA
ZƏNGİN TARİXİ ABİDƏ KİMİ QAYĞISI
Xülasə
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyi zamanı Qarabağa çox böyük diqqət göstərirdi. Bugün bu siyasətin araşdırılması çox vacibdir. Məqalədə vurğulanılır ki, Şuşa şəhərində genişmiqyaslı quruculuq işlərinin aparılması və şəhərin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra ulu öndər Şuşanı abadlaşdırmaq, şəhərin başına gətirilən müsibətlərin izlərini ləğv etmək, dağıdılmış, yandırılmış evlərin bərpasına nail olmaq, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. Şuşa şəhərinin yüksəlişi Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilmişdir.
Açar sözlər: Qarabağ tarixi, abidələr şəhəri, Şərqin Konservatoriyası, Şuşa ili, tarixi abidələr
Sevinj Akif Gurbanova
Ganja State University
PhD student
National Lider Heydar Aliyev's care for Shusha as rich historical value
Abstract
National leader Heydar Aliyev paid great attention to Karabakh during his leadership of Azerbaijan. The large-scale construction works in Shusha and the development of the city are connected with the name of Heydar Aliyev. After being elected as the leader of Azerbaijan in 1969, the great leader has done important work to improve Shusha, cancel the traces of the calamities that befell the city, restore destroyed and burned houses, and at the same time preserve historical monuments and turn them into a large museum. Although the Armenians raised the Nagorno-Karabakh issue again in the 1970s, their wishes were resolutely prevented. The rise of the city of Shusha was determined by Heydar Aliyev and was successfully implemented under the leadership of President Ilham Aliyev.
Keywords: Karabakh history, city of monuments, Conservatory of the East, Shusha year, historical monuments