DOI: https://doi.org/10.36719/2789-6919/25/18-20
İradə Quliyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
BAL ARILARININ NOZEMATOZ XƏSTƏLİYİNƏ QARŞI
MÜBARİZƏ TƏDBİRLƏRİ
Xülasə
Tədqiqat işinin məqsədi bal arılarının nozematoz xəstəliyinə qarşı mübarizə tədbirlərini öyrənməkdir. Apardığımız tədqiqat işinin əsas məkanı Gəncə-Qazax zonası hesab olunur. Tədqiqat işi Gəncə-Qazax zonasının 7 rayonunda - Gəncə, Göygöl, Şəmkir, Samux, Tovuz. Ağstafa, Qazax və Kürqırağı, Ceyrançöl rayonlarının arıçılıq təsərrüfatlarında, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin nəzdində “Arıçılıq tədris mərkəzində”, “Epizootologiya, mikrobiologiya və parazitologiya” kafedrasının laboratoriyasında aparılmışdır. Bizim apardığımız tədqiqatlar zamanı pətəyin daxili divarlarının, çərçivələrin, arakəsmələrin, şanların və uçuş bacasının ətrafının arıların ifrazatları ilə çirklənməsinin nozematozun əsas əlamətləri olduğunu müəyyən etdik. Nozematoz xəstəliyinə qarşı arı şanları, arının bütün avadanlığı dezinfeksiya edildi. Bu məqsədlə 4%-li formalin (1 hissə formalin + 9 hissə su), 80%-li sirkə turşusu istifadə etdik.
Açar sözlər: arı, xəstəlik, nozematoz, müalicə, mübarizə tədbirləri, formaldehid məhlulu, sirkə turşusu
Irada Guliyeva
Azerbaijan State Agrarian University
Fighting measures of honey bees against nosematosis disease
Abstract
The aim of the research work is to study measures to combat nosematosis of honey bees. The main area of our research work is the Ganja-Gazakh zones. Research work was held in 7 districts (Ganja, Goygol, Shamkir, Samukh, Tovuz, Aghstafa, Gazakh) of Ganja-Gazakh zones, and Kurgiraghi, in different beekeeping farms of Jeyranchol, in the laboratory of the Department of "Epizootology, Microbiology and Parasitology" at the "Beekeeping Training Center" under the "Faculty of Veterinary Medicine" of the Azerbaijan State Agrarian University. In the course of our researches, we determined that the contamination of the inner walls of the hive, frames, partitions, combs and around the flight chimney with extract of bees are the main symptoms of nosematosis. Bee hives and all bee equipment were disinfected against nosematosis. For this purpose, we used 4% formalin (1-part formalin + 9 parts water), 80% acetic acid.
Keywords: bee, disease, nosematosis, treatment, control measures, formaldehyde solution, acetic acid