Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/94/39-43

Nəcəf Qasımov

Qərbi Kaspi Universiteti 

magistratura 

        ORCID 0000-0002 0269-7927                                                                                                                      

              najafgasimov@mail.ru            

                                           

SOSİAL SAHİBKARLIQ VƏ 

DÖVLƏTİN SOSİAL SAHİBKARLIQ ÜZƏRİNDƏKİ ROLU


Xülasə

Sahibkarlığın növlərindən biri də sosial sahibkarlıqdır. Günümüzdə artmaqda olan sosial sahibkarlıq insanların sosial ehtiyaclarını qarşılamağa xidmət edir. Sosial sahibkarlığı digər sahibkarlıq növlərindən fərqləndirən gəlir əldə etmək məqsədinin olmamasıdır. Bir çox müxtəlif növləri olan sosial sahibkarlıq təkcə insanların marağın çəkmir həmçinin dövlətin, universitetlərin  də maraq dairəsindədir. Dövlət sosial sahibkarlara dəstək göstərərək onları daha da həvəsləndirir. Dünyada bir çox dövlət qurumları sosial sahibkarlarla yaxından maraqlanır. Qonşu dövlət olan Türkiyədə Türkiyə Cümhuriyyətinin yaranması ilə ölkədə sahibkarlıq sahəsində bir sıra irəliləyişlər baş vermişdir. Türkiyə Cümhuriyyətində Dövlət və bələdiyyə idarələri sosial xidmətlər göstərilməsi üçün bir sıra yeni sahələr yaratmışlar. Yaşlılar üçün xidmətlər:Şəhəriçi ödənişsiz nəqliyyat xidməti, ödənişsiz müayinə, qocalar evi, psixoloji məsləhət xidmətləri,dərman və qida vasitələri və.s. Azərbaycanda da həmçinin dövlət sosial sahibkarlığa xüsusi diqqət ayırmaqdadır. Bunun üçün 2018-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) egentliyi yaradılmışdır. Bu qurum az təminatlı ailələrə,şəhid,qazi ailələrinə təmənnasız xidmət edir. Onların güzəştli xidmətlərdən (müalicə, putyovka, səyahət və s.) yararlanmasını təmin edir.

Açar sözlər: sahibkarlıq, sahibkar, sosialsahibkarlıq, “DOST“ agentliyi


Najaf Gasimov

Western Caspian University

master student

ORCID 0000-0002 0269-7927                                                                                                 

          najafgasimov@mail.ru


Social entrepreneurship and the state's role in social entrepreneurship


Abstract

One of the types of entrepreneurship is social entrepreneurship. Social entrepreneurship, which is growing today, serves to meet people's social needs. What distinguishes social entrepreneurship from other types of entrepreneurship is the absence of the goal of obtaining income. Social entrepreneurship, which has many different types, is of interest not only to people, but also to the state and universities. The state supports social entrepreneurs and further encourages them. Many government agencies around the world are closely interested in social entrepreneurs. With the establishment of the Republic of Turkey in neighboring Turkey, a number of advances in the field of entrepreneurship have taken place in the country. State and municipal administrations in the Republic of Turkey have created a number of new areas for the provision of social services. Services for the elderly: free intercity transportation service, free examination, nursing home, psychological counseling services, medicine and food products, etc. In Azerbaijan, the state pays special attention to social entrepreneurship. For this purpose, the Sustainable and Operative Social Security Agency (DOST) agency was established in 2018. This institution provides free services to low-income families, families of martyrs and veterans. It ensures that they benefit from discounted services (treatment, travel, etc.).

Keywords: entrepreneurship, entrepreneur, social entrepreneurship, "DOST" agency


Baxış: 292