DOI: https://doi.org/10.36719/2663-4619/95/88-93
Fidan Zeynalova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
Zenfira İskəndərova
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Radiasiya Problemləri İnstitutu
RADİOAKTİV TULLANTILAR VƏ ONLARIN ƏTRAF MÜHİTƏ TƏSİRİ
Xülasə
Xülasədə dünyada milyon tonlarla mövcud olan radioaktiv tullantılar və onların ətraf mühitə təsirinin nəticələri müzakirə olunmuşdur. Artıq 50 ildən çoxdur ki, radioaktiv tullantıların utilizasiyası mütəxəssislərin və bütün cəmiyyətin diqqət mərkəzindədir. İşin məqsədi radioaktiv tullantılar ilə davranışın bir sıra beynəlxalq səviyyədə müvafiq razılaşdırılmış prinsiplərlə müəyyən edilməsidir. Radioaktiv tullantılar ilə davranışın etibarlı olması üçün xüsusi fəaliyyət tələb olunur və tədbirlər görülür, əks halda mənfi nəticələr indi və gələcəkdə insanın sağlamlığında ciddi problemlər yarada bilər.
Açar sözlər: radioaktiv tullantılar, ionlaşdırıcı şüalanma mənbələri, təbii mənbələr, süni mənbələr, atom stansiyaları, günəş şüaları, kosmik şüalanmalar
Fidan Zeynalova
Azerbaycan State Oil and Industry University
master student
Zenfira Iskandarova
Institute of Radiation Problems of the
Ministry of Science and Education of the Republic of Azerbaijan
PhD in chemistry
Radioactive waste and their environmental impact
Abstract
In summary, millions of tons of radioactive waste in the world and the consequences of their impact on the environment were discussed. For more than 50 years, the disposal of radioactive waste has been the focus of attention of experts and the whole society. The purpose of the work is to determine the behavior of radioactive waste according to a number of internationally agreed principles. Special actions and measures are required to ensure safe handling of radioactive waste, otherwise negative consequences may cause serious problems to human health now and in the future.
Keywords: radioactive waste, sources of ionizing radiation, natural sources, artificial sources, atom stations, solar radiation, cosmic radiation