DOI: https://doi.org/10.36719/2663-4619/96/113-118
Lalə Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
lale_memmedova95@bk.ru
İNKLÜZİV TƏHSİLDƏ UŞAQYÖNÜMLÜ TƏLİM MÜHİTİNİN XÜSUSİYYƏTLƏRİ
Xülasə
İnklüziv təhsilin əsas məqsədini xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maneəsiz təlim mühitinin yaradılması və onların psixoloji hazırlığının təmin olunması təşkil edir. İnklüziv təhsil alan uşaqların öz yaşıdları olan sağlam uşaqlarla bir yerdə təhsil alması onların hərtərəfli inkişafına səbəb olur. Müəllimlər inklüziv təhsilə şagirdlərin cəlb olunmasını asanlaşdırmaq üçün mədəni mühit və şagirdlər ilə məktəb arasında aydın əlaqələri təmin etməyi də planlaşdırmalıdır. Müəllimlər bütün uşaqların iştirakını və birlikdə öyrənməni təmin etmək üçün müxtəlif təlim yanaşmalarından istifadə edərək təlimin çoxsaylı üsullarını asanlaşdırmalıdır. İstisnasız bütün uşaqlar öyrənə bilərlər. Müəllimin istifadə etdiyi metod və üsullar dərsin məqsədinin həyata keçirilməsi üçün bir vasitədir. Onları bacarıqla seçmək və istifadə etmək lazımdır. Metod və üsulları elə tətbiq etmək lazımdır ki, iş zamanı şagirdlərin fəaliyyət növləri dəyişsin.
Açar sözlər: inklüziv, uşaqyönümlü, təlim, tərbiyə, təhsil
Lala Mammadova
Azerbaijan State Pedagogical University
Characteristics of a child-centered learning environment in inclusive education
Abstract
The main goal of inclusive education is to create a barrier-free learning environment for children with special needs and ensure their psychological preparation. The fact that children receiving inclusive education study together with healthy children of their age leads to their comprehensive development. Teachers should also plan to ensure clear connections between the cultural environment and the students and the school to facilitate the involvement of students in inclusive education. Teachers should facilitate multiple methods of instruction, using a variety of instructional approaches to ensure that all children participate and learn together. All children can learn without exception. The methods and techniques used by the teacher are a means to realize the purpose of the lesson. You need to choose and use them skillfully. It is necessary to apply methods and ways in such a form that the types of activities of students be able to change during work.
Keywords: inclusive, child-oriented, training, upbringing, education