DOI: https://doi.org/10.36719/2663-4619/103/21-25
Şükufə Vəliyeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
filologiya üzrə fəlsəfə doktoru
valiyevashukufa@gmail.com
ABŞ TƏNQİDİ REALİZMİNİ FORMALAŞDIRAN AMİLLƏR
Xülasə
ABŞ üçün dağıdıcı təsirə malik olan Vətəndaş və Dünya müharibələrinin gedişində acı müharibə taleyinə düçar olmuş insanlar çarəsiz şəkildə istehsal sənayesinin qurbanına çevrilmişdi. XVIII əsrin sonlarından etibarən ABŞ-da baş verən sənaye, mədəni və sosial inkişaflarla bağlı olaraq savadlılıq realizmə öz töhfəsini verdi. ABŞ realizmi fonunda yaranan tənqidi realizm ABŞ mənzərəsinin mədəni coşqunluğuna, gündəlik həyat qayğıları ilə bağlı insanlara və hadisələrə diqqət yönəltmək üçün sənətdən daha da geniş hərəkatın bir hissəsinə çevrildi. ABŞ-da sənayenin inkişafı ilə savadlılığın və əhalinin artımı da realizmin inkişafına öz töhfəsini verirdi. Müəlliflər real insanları real vəziyyətdə təsvir etməyə başladılar. Həyatın dinamik dərkinin müxtəlifliyi, fərdi üslubların yeni çalarla nümayiş olunması ABŞ ədəbiyyatında ideal həqiqət axtarışlarını özündə əxz edir. Tənqidi realizm ABŞ ədəbiyyatında uzun müddət davam edən, bu gün də özünü büruzə verən bir ədəbi formasiyadır.
Açar sözlər: realizm, ideologiya, kapitalizm, ədəbi tənqid
Shukufa Valiyeva
ANAS Institute of Literature named after Nizami Ganjavi
Doctor of Philosophy in Philology
valiyevashukufa@gmail.com
Factors shaping critical realism in the literature of the USA
Abstract
During the course of the Civil and World Wars, which had a devastating effect on the United States, the bitter war-torn people became helpless victims of the manufacturing industry. Literacy contributed to realism in connection with industrial, cultural, and social developments in the United States from the late eighteenth century. Emerging from the background of American realism, critical realism became part of a broader movement beyond art to focus on the cultural exuberance of the American landscape, on people and events related to the concerns of everyday life. With the development of industry in the United States, the growth of literacy and population also contributed to the development of realism. Authors began to depict real people in real situations. The diversity of the dynamic understanding of life, the display of individual styles in new shades embodies the search for the ideal truth in American literature. Critical realism is a long-standing literary formation in American literature that is still evident today.
Keywords: realism, ideology, capitalism, literary practice