DOI: https://doi.org/10.36719/2663-4619/103/101-107
Tərcə Sarıyeva
Bakı Dövlət Universiteti
magistrant
VERGİTUTMANIN QANUNİLİYİ PRİNSİPİ: AZƏRBAYCAN VERGİ QANUNVERİCİLİYİ PERSPEKTİVİNDƏN BAXIŞ
Xülasə
Bu məqalədə Azərbaycan Respublikasında vergitutmanın qanuniliyi prinsipinin yaranması, inkişafı və bu prinsipin vergitutma sahəsində qərar vermək səlahiyyətinə malik orqanların hərəkətlərinə necə təsir etməsi təhlil olunur. Qanunun aliliyinin təmin edilməsi və bu sahədə özbaşınalığın qarşısının alınmasında vergitutmanın qanuniliyi prinsipi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasında vergilərin qanunla müəyyən edilməli olduğu təsbit edilsə də, vergitutmanın qanuniliyi prinsipinin əhatəsi və hədləri müəyyən edilməmişdir. Bu xüsusda vergitutmanın qanuniliyi prinsipinin hədlərinin müəyyən edilməməsi icra orqanının vergitutma sahəsində səlahiyyətlərinin genişləndirilməsinə səbəb ola bilər ki, bu da öz növbəsində demokratik hüquqi dövlət prinsipinə uyğun olmaya bilər.
Açar sözlər: qanunçuluq prinsipi, vergitutmanın qanuniliyi, hüquqi dövlət, vergi elementləri, aksiz dərəcələri
Tarja Sariyeva
Baku State University
master student
The principle of legality of taxation: a view from Azerbaijani tax legislation
Abstract
This reserach analyzes the emergence and development of the principle of the legality of taxation in the Republic of Azerbaijan and how this principle affects the activity of taxation authority.
The principle of legality of taxation is important in ensuring the rule of law and preventing arbitrariness. Although the Constitution of the Republic of Azerbaijan stipulates that taxes should be determined by law, the scope and limits of the principle of legality of taxation have not been determined. In this regard, failure to determine the limits of the principle of legality of taxation may lead to the expansion of the powers of the executive body in the field of taxation, which, in turn, may not be in accordance with the principle of a democratic legal state.
Keywords: principle of legality, law state, legality of taxation, tax elements, excise rates