Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/104/20-24

Şöhrət Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

filologiya üzrə fəlsəfə doktoru

sohret.nesirova24@gmail.com

https://orcid.org/0009-0006-6553-6385 


ABDULLA ŞAİQİN MƏNZUM HEKAYƏLƏRİNİN FOLKLOR QAYNAĞI


Xülasə

Uşaq ədəbiyyatının inkişaf tarixində Abdulla Şaiqin xüsusi yeri və məqamı vardır. Yüksək sənət intelleksiyası sərgiləyən poetik örnəkləri yüz ildən çoxdur ki, uşaqların mənəvi dünyasının ifadə örnəyi olaraq dillər əzbərinə çevrilmişdir. Məzmun mükəmməlliyi, struktur səciyyəsi və bütünlükdə yeniyetmə və cocuq təsəvvürünü formalaşdırmaq üçün müstəsna əhəmiyyəti ilə diqqət önünə gəlir. Belə uğurlu alınmanın ana qaynağını isə bir istiqamətdə xalqın zəngin yaradıcılığından bəhrələnmə təşkil edir. Mənzum hekayələri bütün parametrlərdə görkəmli ədibin yaradıcı istedadının göstərici­sidir və uşaq dünyası mütəxəssisi olaraq nümunəyə çevrilən əvəzsiz örnəklərdir.

XIX əsrin ortalarından başlayan hərəkətlilik milli müəyyənliyin və özünüifadənin kodu olaraq ədəbi-mədəni düşüncənin müxtəlif istiqamətlərdə özünü nümayişi ilə diqqət önünə gəlir. Milli mətbuatın yaranışı, yeni tipli məktəblər, əlifba məsələsi, qadın təhsili, dərslik, məktəb problemləri və s. bütünlükdə cəmiyyətin qarşısında duran və həllini gözləyən məsələlər idi. Uşaq ədəbiyyatı sahəsində olanlar gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması və mütərəqqi mühitin yaradıl­ması istəyindən irəli gəlirdi. S. Ə. Şirvani, H. Zərdabi, C. Ünsizadə, M. Şahtaxtlı, M. Mahmud­bəyov, R. Əfəndiyev, A.Səhhət, M. Ə. Sabir, M. Hadi, Ə. Müznib, Ə. Ülvi, C. A. Şirvani, Ə.Nəzmi, M. T. Sidqi, S. Mənsur, Ə. Dai və s. kimi fədakar ziyalı nəslinin fəaliyyəti bu aspektdə bir əvəzsizlik sərgiləyir. “Rəhbər”, “Dəbistan”, “Məktəb” kimi mətbuat orqanlarının gördüyü böyük iş­lər milli hərəkətliliyin uşaq ədəbiyyatı, məktəb, təhsil sahəsində funksional rolunu faktlaşdırır.

Açar sözlər: Abdulla Şaiq, mənzum hekayələr, “Tıq-tıq xanım”, “Yaxşı arxa”, “Tülkü həccə gedir”, folklor, yanıltmac, tapmaca


 Shohrat Mammadova

Azerbaijan State Pedagogical University

 Doctor of Philosophy in Philology

sohret.nesirova24@gmail.com

https://orcid.org/.0009-0006-6553-6385


The folklore source of Abdulla Shaig's verse stories


Abstract

Abdulla Shaig has a special place and moment in the history of development of children's literature. Poetic examples exhibiting high artistic intelligence have been memorized in languages for more than a hundred years as an example of the expression of the spiritual world of children. It stands out for its excellence of content, structural character and its exceptional importance for shaping the imagination of teenagers and children as a whole. The main source of this success is benefiting from the rich creativity of the people in one direction. Manzum's stories are unparalleled examples that exemplify the creative talent of a prominent writer in all settings and as an expert in the world of children.

The mobility that began in the middle of the 19th century comes to the fore with the manifestation of literary and cultural thought in various directions as a code of national identity and self-expression. The emergence of a national press, new type of schools, the alphabet issue, women's education, textbooks, school problems, etc. were the problems facing society as a whole and waiting to be solved. The issues in the field of children's literature arose from the desire to form a personality of the young generation and create a progressive environment. S. A. Shirvani, H. Zardabi, J. Unsizade, M.Shahtakhtli, M. Mahmudbeyov, R. Efendiyev, A. Sahhat, M. A. Sabir, M. Hadi, A. Muznib, A. Ulvi, J. A. Shirvani, A. Nazmi, M. T. Sidgi, S. Mansur, A. Dai, etc. The activity of a generation of selfless intellectuals is indispensable in this aspect. The great work done by press organizations such as "Rahbar", "Dabistan", "Maktab" shows the functional role of national mobility in the field of children's literature, school and education.

Keywords: Abdulla Shaig, verse stories, "Tik-Tik Khanum", "Good back", "Fox goes on a pilgrimage", folklore, illusion, puzzle 

MƏQALƏNİ YÜKLƏ [488.48 Kb] (yüklənib: 10)

Baxış: 135
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az