https://doi.org/10.36719/2663-4619/105/16-22
İzzət Quliyev
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
98izzatguliyev@gmail.com
Azərbaycan iqtisadiyyatının birbaşa xarici investisiya
üçün cəlbediciliyinin qiymətləndirilməsi
Xülasə
Bu tədqiqatda qeyri-səlis ekspert sistemindən istifadə edərək Azərbaycan iqtisadiyyatının birbaşa xarici investisiya (BXİ) üçün cəlbediciliyi qiymətləndirilir. BXİ-nin iqtisadiyyata axınını müəyyən edən əsas amillər olan adambaşına ÜDM, ÜDM iqtisadi artım, əmək xərcləri, əmək məhsuldarlığı, siyasi sabitlik indeksi, iqtisadi azadlıq indekslərinin əsasında I tip Mamdani inferens sistemində Azərbaycan iqtisadiyyatının ümumi cəlbedicilik indeksi 19.4 % (19.4/100) hesablanmışdır. Modelin sadəliyi üçün təbii resurslar, coğrafi mövqe, beynəlxalq təşkilatlara üzvlük və BXİ axınına təsir edən digər amillər nəzərə alınmamışdır.
Açar sözlər: Azərbaycan iqtisadiyyatı, birbaşa xarici investisiya, qeyri-səlis modelləşdirmə, investisiya axını, cəlbedicilik
Izzat Guliyev
Azerbaijan State Oil and Industry University
master student
98izzatguliyev@gmail.com
The Assesment of Attractiveness of Azerbaijan Economy for Foreign
Direct Investment
Abstract
In this study, the attractiveness of Azerbaijan economy for foreign direct investment (FDI) is assessed using the fuzzy expert system. The overall attractiveness index of Azerbaijan economy in terms of FDI inflows is calculated based on GDP per capita, GDP, GDP growth, labor cost, labor productivity, political stability, and economic freedom in a type I Mamdani inference system is 19.4 % (19.4\100). For the sake of simplicity of the model, factors such as natural resources, geographical location, membership in international organizations, and other factors influencing FDI inflows have not been considered.
Keywords: Azerbaijan economy, foreign direct investment, fuzzy modeling, attractiveness, investment flow