https://doi.org/10.36719/2663-4619/105/29-36
Elkin Məmmədzadə
Bakı, Azərbaycan
elkin.mamadzada91@gmail.com
UOT: 342.25
Əməyin mühafizəsinin təşkili, motivasiya idarəetmə
mexanizmi və stimullaşdırmanın əsas aspektləri
Xülasə
Məqalədə qeyd olunur ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə insan hüquqlarını ən üst səviyyədə müdafiə etməyə yönəlmiş və özündə bu hüquqları təsbit edən islahatlara başlanıldı. Çağdaş dövrdə insanların əmək fəaliyyəti ən mürəkkəb istehsal, alət və vasitələrdən istifadə ilə bağlıdır. İşçinin əməyin mühafizəsi sahəsində olan hüququnun təminatı olduqca çoxcəhətlidir. Əsas təminat - iqtisadi təminat istehsalat prosesində əməyin mühafizəsinin fasiləsiz, plana uyğun şəkildə yaxşılaşdırılmasıdır. İşçilərin motivasiyası sahəsində yeni növ mexanizmlərin, stimullaşdırıcı vasitələrin tətbiq edilməsi günümüzün önəmli tələbinə çevrilir. Əgər əvvəllər (10-20 il qabaq) işçilərin motivasiyasında əmək haqqı artımı və maddi təminat önə çəkilərək əsas hesab edilirdisə, indi təkcə bu amillər işçi heyətin əmək fəaliyyətinin və funksiyasının səmərəli təşkili üçün kifayətedici hesab oluna bilməz.
Açar sözlər: əməyin mühafizəsi, stimullaşdırmanın əsas aspektləri, işçilərin motivasiyası, insanların əmək fəaliyyəti, əməyin təhlükəsizliyi
Elkin Mammadzade
Baku, Azerbaijan
elkin.mamadzada91@gmail.com
UOT: 342.25
Organization of Labor Protection, Motivation Management Mechanism and
Main Aspects of Incentives
Abstract
The article notes that after the Republic of Azerbaijan gained independence, reforms began in the country aimed at protecting human rights at the highest level and establishing these rights. In modern times, people's labor activity is associated with the use of complex production tools and means. Protection of an employee’s right to labor protection is quite multifaceted. The main guarantee of economic security is the constant, planned improvement of labor protection in production. The use of new mechanisms and incentive tools in the field of employee motivation is becoming an important requirement of our time. If just a few decades ago, employee motivation focused on increasing wages and financial security, now these factors alone cannot be considered sufficient for the effective organization of staff work.
Keywords: labor protection, main aspects of incentives, employee motivation, people’s labor activity, labor safety