Arxiv
2024 Sevinc Cahangir qızı Aslanova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
sevinc-aslanova@mail.ru
KƏKƏLƏMƏNİN ARADAN QALDIRILMASINDA KOMPLEKS YANAŞMA
Açar sözlər: kəkələmə, kompleks müalicə,psixoloji müalicə, loqopedik məşğələ, müalicəvi idman
Key words: stuttering, complex treatment, psychological treatment, logopedic training, therapeutic sport
Ключевые слова: заикание, комплексное лечение, психологическое лечение, логопедическое обучение, лечебный спорт
GİRİŞ
Kəkələmə – nitq aparatının qıcolmaları ilə şərtlənən nitqin tempo – ritmik təşkilinin pozulmasıdır. Ən ağır nitq qüsurlarından biri hesab olunur. Kəkələmə simptom və ya sindrom deyil, ümumi mərkəzi sinir sisteminin xəstəliyidir. Onun yaranmasında ən böyük rol kəllə-beyin kortikalında baş verən sinir proseslərinin əlaqəsinin pozulmasıdır. Bir çox tədqiqatçılar kəkələməyə psixoloji baxımdan araşdırmış və onu psixi proseslərin gedişinin pozulması ilə əlaqələndirmişlər. Kəkələmənin aradan qaldırılması ona edilən kompleks (tibbi, pedaqoji və psixoloji) təsirdən asılıdır.
MƏQALƏNİ YÜKLƏ
[163.19 Kb] (yüklənib: 136)
Baxış:
1 779