Arxiv
2024 Həbibə Mehdi qızı Əliyeva
Bakı Dövlət Universiteti
habibaaliyeva19@gmail.com
AZƏRBAYCAN RESPUBLİKASINDA RLİ ÖZÜNÜİDARƏETMƏNİN ƏSAS PROBLEMLƏRİ
Açar sözlər: Azərbaycan Respublikası, yerli özünüidarəetmə, bələdiyyə, yerli büdcə, səlahiyyət
Key words: Azerbaijan Republic, local self-government, municipiality, local budget, authority
Ключевые слова: Азербайджанская Республика,местное самоуправление, муниципалитет, местный бюджет, власть
Giriş
Sovet İttifaqının dağılmasından sonra müstəqil olan Azərbaycanda dövlətin mənafeyi naminə bir sıra sahələrdə islahatlar həyata keçirilməyə başlandı. Bu islahatların bir qismi isə dövlət idarəetməsi sahəsində həyata keçirilən islahatlar olmuşdur. Bu sahədə həyata keçirilən islahatların nəticələrindən biri də Azərbaycanda yerli özünüidarəetmə institunun yaradılması olmuşdur. Bu instutun yenicə müstəqil olmuş Azərbaycanda yaradılması mühüm əhəmiyyətə malik idi. Yerli özünüidarəetmənin əsasları ilk dəfə 1995-ci il 12 noyabr tarixində qəbul olunan Konstitusiyada öz təsbitini tapdı. Konstitusiya quruluşunun əsaslarından biri kimi çıxış edən yerli özünüidarəetməyə dair müddəalar Azərbaycan Respublikasının Konstitusiyasının “Yerli özünüidarəetmə” adlanan 4-cü bölməsində verilmişdir.
MƏQALƏNİ YÜKLƏ
[154.61 Kb] (yüklənib: 41)
Baxış:
829