https://doi.org/10.36719/2706-6185/44/98-101
Aysel Hacıyeva
Bakı Dövlət Universiteti
dissertant
İnformasiya müharibəsinin hüquqi tərəfləri
Xülasə
Müharibə şəraitində qarşı tərəfə daha güclü zərbələr endirmək üçün müxtəlif təsir mexanizmləri mövcuddur. Daha güclü dövlətlərin hərbi doktrinalarında son dövrlərdə bu vasitələrdən biri də informasiya təsirləridir. Müharibə tərəflərinin istər müharibə şəraitində, istərsə də dinc dövrdə üstünlük əldə etmək məqsədilə bir birlərinin informasiya platformalarına hücum etməsi yeni müharibə üsulunun formalaşması ilə nəticələnmişdir.
İnformasiya müharibəsi müvafiq informasiya əməliyyatıdır ki, bu əməliyyat zamanı düşmənin obyekti informasiya, sənədləşdirilmiş informasiya, konfidensial informasiya, informasiya prosesləri, informasiya texnologiyaları, informasiya ehtiyatları və onların təminat vasitələri olur. Qarşı tərəf informasiya sistemlərinin kənar hücumlardan müdafiəsini təmin etməyə, eyni zamanda qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etməyə çalışır.
Açar sözlər: informasiya, informasiya müharibəsi, Tallin təlimatı, informasiya texnologiyaları, informasiya sistemləri