Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/132-135

Günay Şahbazova

Odlar Yurdu Universiteti

magistrant

https://orcid.org/0009-0006-7907-7044

gunay.shahbazova20@gmail.com

 

İnformasiya təhlükəsizliyi və kodlaşdırma üsullarının təhlili

 

Xülasə

 

Bu məqalədə informasiya təhlükəsizliyi və kodlaşdırma üsullarının təhlili aparılmışdır. Rəqəmsal məlumatların artması ilə yanaşı bu məlumatların icazəsiz əldə olunması, dəyişdirilməsi və ya silinməsi kimi təhdidlər də çoxalır. İnformasiya təhlükəsizliyinin əsas prinsipləri olan məxfilik, bütövlük və əlçatanlıq çərçivəsində müxtəlif şifrələmə texnologiyaları  simmetrik və asimmetrik şifrələmə, hash funksiyaları, blokçeyn və kvant kriptoqrafiyası kimi yanaşmalar təhlil edilmişdir.

Müasir dövrdə bu texnologiyalar yalnız fərdi deyil, həm də təşkilati və milli təhlükəsizliyi təmin etmək üçün əsas vasitə kimi çıxış edir. Ənənəvi metodların zəifliyi müasir kriptoqrafik sistemlərin zəruriliyini ortaya qoyur. Təhlillər göstərir ki, təhlükəsizlik yalnız texnologiya ilə deyil, həm də idarəetmə, hüquqi çərçivə və insan faktorunun nəzərə alınması ilə təmin oluna bilər. Məqalədə həmçinin, informasiya təhlükəsizliyi sahəsindəki problemlər, müasir yanaşmalar və tətbiq olunan metodların müqayisəsi verilmiş, nəticə və təkliflər bölməsində isə mövcud problemlərin həlli yolları üzrə konkret addımlar göstərilmişdir.

Açar sözlər: informasiya təhlükəsizliyi, şifrələmə, kodlaşdırma, blokçeyn, kvant kriptoqrafiyası


Baxış: 59