Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/42/57-62

Günay Nağıyeva

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0005-2845-6741

gunaynaghiyeva1995@gmail.com

 

İngilis dili dərslərində fənlərarası əlaqədən istifadə etməklə tələbələrin dərsdə fəallığının artırılması yolları

 

Xülasə

İngilis dilinin bütün dünya üzərində qlobal dil olduğu artıq aydın məsələdir. Bu xarici dili həyatımızın demək olar ki, bütün sferalarında görə bilirik. Xarici dil öyrədərkən çoxsaylı üsul və vasitələrdən istifadə edilir. Bəzən tələbələr dərs boyunca passiv iştirak edir, səbəbini isə doğru aparıl­mayan metodlarda görmək olar. Metod doğru seçilərsə, dərs həm effektiv olar, həm də tələbələr həvəssiz yanaşmaz. Bu üsullardan biri fənlərarası əlaqə yanaşmasıdır. Bütün fənlərdə olduğu kimi ingilis dilində də fənlərarası əlaqədən istifadə etməklə tələbələri dərsə həvəsləndirmək, dərsi keyfiy­yətli etmək və müəllimləri daha peşəkar işləməyə sövq etmək olar. Məqalə fənlərarası əlaqənin mahiyyətindən, onun tətbiq edilmə prosesindən və faydalarından bəhs edir. Fənlərarası əlaqə tələbələ­ri yormur, təkrara yol vermir və vaxta qənaət edir. Bu üsul artıq çoxlu universitetlərdə tətbiq olunur və müsbət nəticələr alınır. Digər xarici universitet və məktəblər fənlərarası əlaqə ilə bağlı seminarlar təşkil edir və eksperimentlər aparır. Bunlardan yararlanmaq üçün çoxlu tədqiqatlar aparılmalıdır. Ən əsas məqsədlərdən biri bunun ölkəmizdə də tətbiqi genişləndirərək müəllimlərin peşəkarlığını və tələbələrin bilik və bacarıqlarını artırmaqdır.

Açar sözlər: yanaşma, tələbə, xarici təhsil müəssisələri, inteqrasiya, ingilis dili


Baxış: 53