DOI: https://doi.org/10.36719/2663-4619/122/40-43
Şəkər Hüseynova Seyfullayeva
Heydər Əliyev adına Hərbi İnstitut
https://orcid.org/0009-0003-1718-3317
sheker.huseynova@bk.ru
Əsli Qurbanova
Heydər Əliyev adına Hərbi İnstitut
https://orcid.org/0009-0004-5844-0225
asligurbanova7@gmail.com
Əfsanə Əliyeva
Heydər Əliyev adına Hərbi İnstitut
https://orcid.org/0009-0008-4978-9790
afsanaaliyeva43@gmail.com
İngilis dili dərslərində kommunikativ bacarıqların
inkişaf etdirilməsi yolları
Xülasə
Təqdim olunmuş bu məqalə ingilis dilində ünsiyyət vərdişlərinin inkişafı və təkmilləşdirilməsinin ətraflı təhlilini izah etmək məqsədi daşıyır. Dilin öyrənilməsində ünsiyyətin əsas rolunu anlayaraq, bu elmi iş dili öyrənənlər arasında kommunikasiya vərdişlərini inkişaf etdirmək üçün müxtəlif yolları, metodologiyaları və perspektivli yanaşmaları tədqiq edir. Kommunikativ vərdişlərin mahiyyətini araşdıraraq və praktiki yanaşmaları izah etməklə bu tədqiqat üsulu öyrədənləri ünsiyyət vərdişlərinin inkişafını optimallaşdırmaq üçün mühüm nüanslarla təmin edir. Bu məqalə təsirli kommunikasiyaya sövq edən dinamik dilöyrənmə sahəsi yaratmaq üçün interaktiv vərdiş və fəaliyyətlərini, orijinal öyrənmə vasitə və materiallarının, texnologiyanın və real həyat tətbiqlərinin qarşılıqlı əlaqəsini araşdırır. Müasir elm mühitində və dünyada ingilis dilində təsirli ünsiyyət qurmaq bacarığı vacib amillərdən biri və demək olar ki, ən birincisidir. Çünki öyrənilən elmi, qazanılan təcrübəni, əldə olunan bilik və bacarıqları tətbiq etməklə yanaşı, onu düzgün və aydın şəkildə təqdim etmək də lazımdır. Həmçinin bu elmi məqalə xarici dil dərslərində kommunikasiya vərdişlərini inkişaf etdirmək və təkmilləşdirmək üçün strategiya və metodları araşdırmaq məqsədi daşıyır. Məqalədə ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edilir və öyrənənlərin kommunikasiya bacarıqlarını irəlilətmək üçün öyrədənlərə praktiki məsləhətlər verilir.
Açar sözlər: ingilis dili, ünsiyyət, strategiya, metodlar, öyrənmə, inkişaf